Xəbər lenti
Rəfail Tağızadənin 63-nə 3 təbrik
Üzündən, gözündən, qəlbindən ziyalılıq yağan, qazi-şair qardaşımız Rəfail Tağızadənin səsini, danışığını, təbəssümünü, sayğısını, mərhəmətini nədənsə dənizdə ləpələrin həzin nəğməsinə bənzədirəm. Qarabağda - Ağdamda dünyaya göz açan, uşaqlıq və yeniyetməlik çağlarında dəniz görməyən Rəfail müəllimin dənizə vurğunluğundanmı bu qənaətə gəlirəm?. Bilmirəm. Onu bilirəm ki, o, dənizə bənzəyir.
Gözəlliyi, saflığı, azadlığı sevənin dənizə vurulmaması mümkün deyil. O, dənizi sevməsəydi poetik dünyası da mənəvi dünyası kimi bu qədər zəngin olmazdı...
Rəfail müəllimin səsi musiqidir. Muğam beşiyində doğulsa da muğam ifa etməyini görməmişəm. Həmsöhbət olmuşam...
Fevralın 11-də gözəl qardaşımızın, etibarlı dostun, istedadlı şairin, azadlıq eşqli, mənəvi dünyası dəniz qədər zəngin, göylər qədər əngin insanın doğum günüdür. Ömrünün ən şirin günlərini nəmli səngərlərlə, xain düşmənlə döyüşlərdə keçirən Rəfail müəllim həm də mətin söz adamıdır. Çağdaş dövrün "Qarabağnamə"lərini, "Qazi ballada"larını, "Qara-qırmızı Xocalı"sını, "Yaralı azadlıq" nəğmələrini yazır.
Ağdamlı günlərin həsrətinə son qoysaq da oranı Rəfail müəllimlə və digər Vətən, torpaq, yurd sevdalılarla ziyarət etmək qismətimiz olmadı bu doğum günündə. Ömür vəfa etsə tezliklə orada - "qızılgüllü həyətdə, doqquz qoz ağacı"ının kölgəsində Rəfail müəllimi ikiqat təbrik edərik.
Yaşa, yarat, qardaşım. Sənin özün, sözün bizə, Vətənə, əzizlərinə, doğmalarına, hələ ağdamı görməyən dörd yaşlı Onura, dəniz gözlü Dənizə həmişə lazımdır...
Vaqif Osmanov
Kiçik bir bənövşədən sonsuz dəyraya qədər Azərbaycan adlanan Vətənə vurğunluğun, sevginin, məhəbbətin bir ürəyə sığmayacağından narahat olub Tanrıdan özünə ikinci ürək diləyən bir insanın doğum günüdür bu gün.
Əgər yazar, şair şəxsiyyət deyilsə, öz fikri, öz baxışı, öz addımı, öz yolu yoxdursa zaman keçdikcə o, unudulacaq.
Yadda isə Rəfail Tağızafə kimi şəxsiyyətlər qalacaq. Dönməz, əyilməz, həmişə verdiyi sözünün arxasında duran Rafail Tağızadə .
Bu gün Rəfail müəllimi təbrik edənlərin çoxu onu ilk növbədə Qarabağda, doğma Ağdamda qazanılmış qələbə münasibətilə təbrik edəcək. Axı, 30 ilə yaxın şair Vətən həsrəti yaşayıb və ürəyinin sarı simini dilləndirən el, oba ağrısını, torpaq acısını oxucularla bölüşüb.
Dərin ehtiramla Rəfail müəllimə möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzu edirəm!
Sağlam və çox yaşayın, Rəfail müəllim!
Qarabağlı yeni yaşınız mübarək olsun!
Təranə Məmməd
İnsanlar var ki, zamana və məkana sığışmazlar. Bəzən dünyanın darlıq etdiyi minilliklərin müdriki, bəzən bir bucağa çəkilib oyuncaqları ilə oynayan uşağı xatırladarlar. Sanki illərin boz bulanıq havası başları üzərindən keçməyib, müdrik yaşlarında da uşaq saflığını qoruyub saxlayıblar.
Bu gün o saf insanlardan biri dəyərli şəxsiyyət, gözəl şair, əqidəsinə və əməlinə sadiq siyasətçi, başdan ayağa vətən sevgisindən yoğrulmuş vətəndaş və ən əsası ömrünün ən gözəl çağlarını torpaqlarımızın müdafiəsinə xərcləmiş hərbçi, ehtiyatda olan zabit Rəfail Tağızadənin ad günüdür. Fərqi yoxdur bu onun 63-cü təqvim ilidir, ya deyil, burada yaş qəlbən və ruhən həmişə gənc Rəfail bəy üçün şərtidir, yuxarıda dediyim kimi, o, zamana və məkana sığmayan ziyalılarımızdandır.
İmkandan istifadə edib, Rəfail bəyi doğum günü münasibəti ilə təbrik edir,ona uzun ömür, can sağlığı, yaradıcılığında, siyasi və şəxsi həyatında uğurlar arzulayıram.
Nə yaxşı ki, varsınız və nə yaxşı ki, tale bizi dostluqla mükafatlandırıb!
Süleyman Abdulla
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar