Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Türkiyənin yanımızda olması bizə güc verdi” - Zakir Həsənov

Tarix: 11-02-2021 21:12     Baxış: 3162 A- / A+
“Türkiyənin yanımızda olması bizə güc verdi”

“Türkiyə ilə təlimlər keçirməyin qürurunu yaşayırıq. Təlimlər əməkdaşlıq və koordinasiyasını təmin etmək, qar və şiddətli soyuqda hərəkət imkan və qabiliyyətlərini yoxlamaq məqsədilə keçirilib”.

Bunu Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qars şəhərində keçirilən “Qış təlimi-2021” birgə təlimləri çərçivəsində “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə çıxışı zamanı deyib.

“Türkiyə Silahlı Qüvvələri dünyanın ən güclü ordularındandır. Qardaş ölkə ilə güclü əməkdaşlığımız mövcuddur. Türkiyə ordusunun təcrübələrindən yararlanmaq bizim üçün önəmlidir”, - nazir qeyd edib.

Z.Həsənov Azərbaycanın 44 günlük müharibədə Ermənistanı məğlub edərək, torpaqlarımızın işğalına son qoyduğunu bildirib, müharibədə Türkiyənin hər zaman yanımızda olduğunu bəyan edib:

“Müharibə zamanı Türkiyə öz siyasi mövqeyini ortaya qoydu və bizim yanımızda oldu. Türkiyə bu mövqeyi ilə dünyaya bu mesajı verdi: “Türkiyə Azərbaycanın yanındadır”. Bütün dünya bir daha gördü ki, Türkiyə-Azərbaycan qardaşlığı sarsılmazdır, əbədidir.

Türkiyənin yanımızda olması bizi qürurlandırdı, bizə güc verdi. Biz bu gücdən istifadə edərək, işğal altındakı torpaqlarımızı azad etdik. Azərbaycan xalqı bunu çox yüksək qiymətləndirdi. Türkiyənin bizə verdiyi böyük dəstəyə görə təşəkkür edirəm”.

Nazirin sözlərinə görə, Qarabağ müharibəsi Türkiyə-Azərbaycan əlaqələrini daha da gücləndirdi:

“Azərbaycan və Türkiyə əsgərləri Azadlıq meydanında zəfər keçidindən keçdilər. Bu tarixi gündə Azərbaycan xalqı da Türkiyə və Azərbaycan bayraqları ilə dəstəyini göstərdi”.
“Türkiyənin yanımızda olması bizə güc verdi”

Türkiyənin milli müdafiə naziri Hulusi Akar da iki ölkə arasındakı əlaqələr, qış təlimlərinin əhəmiyyətindən danışıb:
“Bütün dünya bird aha gördü ki, Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələri təminatı, peşəkar heyəti ilə hər cür vəzifəni quruda, dənizdə, havada, qış, yay, dağda, dərədə icra edəcək gücdədir. Ölkələrimizin və Türk millətinin müdafiəsi, təhlükəsizliyi üçün Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinə hər kəsin inanmasının zəruriliyini bir daha göz önünə sərmiş olduq”.
“Türkiyənin yanımızda olması bizə güc verdi”

H.Akar bildirib ki, Türkiyə və Azərbaycan qardaşılığının sadəcə sözdə olmadığını Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək üçün gerçəkləşdirdiyi əməliyyatlarda bir daha nümayiş etdirilib. moderator.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar