Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Əli Həsənov mütləq cəzalandırılmalıdır" - Prezident İlham Əliyevə müraciət

Tarix: 10-02-2021 17:58     Baxış: 3356 A- / A+
"Əli Həsənov mütləq cəzalandırılmalıdır" - Prezident İlham Əliyevə müraciət


"Hörmətli Prezidentim!

Artıq xeyli müddətdir ki, müxtəlif informasiya vasitələrində, xüsusən də saytlarda Prezident Aparatı ictimai -siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun törətdiyi çirkin əməllər barədə kifayət qədər dolğun məlumatlar yer almaqdadır . Onların əksəriyyətində bu adamın tezliklə həbs ediləcəyi haqqında müxtəlif mülahizələr yürüdülür - biri yazır sabah tutacaqlar, biri yazır bu yaxınlarda, biri də yazır az qalıb ... Mənimsədiyi pulların məbləği təxmini bəlli (dəqiqliyini bəlkə heç özü də bilmir), qanunsuz ələ keçirdiyi obyektlərin siyahısı təxmini bəlli, ən əsası da mətbuatımıza vurduğu sağalmaz yaralar ...hamısı bəllidir.
Mənim yaşım o deyil ki, kiminsə tutulmasını istəyim, Allah bütün içəridə yatanların qapısını açsın, amma Əli Həsənov mütləq cəzalandırılmalıdır...
Vaxtı ilə şəhərin gözəgəlimli ərazilərində yerləşən kitab mağazalarını ələ keçirmək üçün böyük bir nazirliyi -Mətbuat və İnformasiya Nazirliyini ləğv elətdirdi. Bundan kim qazandı - kitab oxuyan əhali...yox, kitab çap edənlər...yox, nəşriyyatlar...yox. Nə qədər insanın haqqı yeyildi, nə qədər insan işsiz qaldı , qazanan isə yalnız Əli Həsənov və yaxın ətrafı oldu, dövlətin yürütdüyü siyasi xətti, idealogiyanı təbliğ etmək əsas vəzifəsi olan mətbuatı bərbad günə qoydu .
Bu gün çoxlu sayda özəl nəşriyyatlar açılıb, çap etdiklər kitabları satmağa yer tapmırlar, nə qədər qəzetlər çıxır (Əli Həsənov vaxtında onlara da ayrı -seçkilik qoymuşdu), lakin bunların fəaliyyətini koordinasiya edəcək bir təşkilat yoxdur. KİVİDD Fondu bu işi görmək əvəzinə başqa yöndə fəaliyyət göstərdi ...
Mətbuatı (istər kitabı, istər qəzeti) bu günlərə salan birinci günahkar isə Əli Həsənovdur, bunu mətbuata ürəyi yanan istənilən şəxs təsdiqləyər.
Siz onu cəzalandırmaqla, onun əməllərindən əziyyət çəkmişlərin ən azı mənəvi borcu ödənmiş olacaq."

Rauf Məmmədzadə,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Qızıl Qələm" mükafatı laureatı.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar