Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Nazir polis idarəsinin 30-dan çox vəzifəli şəxsini işdən çıxardı

Tarix: 10-02-2021 10:32     Baxış: 4296 A- / A+
Nazir polis idarəsinin 30-dan çox vəzifəli şəxsini işdən çıxardı


Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Bakının Suraxanı Rayon Polis İdarəsinin 30-dan çox yüksək rütbəli əməkdaşını işdən uzaqlaşdırıb.

Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, həmin şəxslər nöqsanlara görə sərəncama götürülüb.

Belə ki, ötən il noyabrın sonunda nazirin əmri ilə Suraxanı RPİ rəisi, polis polkovniki Namiq Həsənov vəzifədən azad edilərək DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi təyin olunub.

Bir ay sonra isə Quba Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Nemətov Suraxanıya rəis təyin edilib.

S.Nemətov vəzifənin icrasına başlayan kimi nazirliyə müraciət edərək kompleks yoxlama keçirilməsini istəyib. İdarədə aparılan araşdırmalar nəticəsində çoxlu nöqsanlar aşkar edilib və yekun nəticə nazirə məruzə olunub.

Bunun əsasında Suraxanı RPİ-nin Cinayət Axtarış İdarəsinin rəisi, İstintaq İdarəsinin rəisi, İdarəyə tabe olan 30-cu Polis Şöbəsinin, 31, 32 və 33-cü Polis Bölmələrinin rəis müavinləri, 31-ci Polis Bölməsinin rəisi İman Mehdiyev və digər yüksək rütbəli polis əməkdaşları nazirin əmri ilə vəzifədən çıxarılaraq sərəncama götürülüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar