Xəbər lenti
Azərbaycan İlahiyyat İnstitutunun üçillik fəaliyyətinə həsr olunmuş onlayn tədbir keçirilib
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) üçillik fəaliyyətinə həsr olunmuş onlayn tədbir keçirilib.
Tədbirdə Aİİ-nin rektoru Aqil Şirinov açılış nitqi ilə çıxış edərək, İnstitutun üçillik fəaliyyəti barədə məlumat verib. A.Şirinov qeyd edib ki, qlobal pandemiya ilə əlaqədar respublikamızda həyata keçirilən tədbirlər çərçivəsində, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrlərinə əsasən, ölkə üzrə tədris və təlim-tərbiyə prosesi 2020-ci ilin mart ayından etibarən dayandırıldığına görə, Aİİ-də tədris prosesi məsafədən, onlayn formada təşkil olunub. Rektor bu məqsədlə İnstitutun “Microsoft Teams” platformasına qoşulduğunu da diqqətə çatdırıb. Platformada tədrisin cədvələ uyğun şəkildə təşkil edildiyini, qış imtahan sessiyasının uğurla davam etdiyini bildirib. Daha sonra qeyd edib ki, tələbələrin yüksəkixtisaslı kadr kimi yetişmələri üçün müxtəlif kursların təşkili həyata keçirilir. Hazırda klassik ərəbdilli mətnlərin oxunması, ingilis dilində 4 dil bacarığının mükəmməlləşdirilməsi istiqamətində kurslar davam edir. Həmçinin müxtəlif yarışlar təşkil olunur ki, burada da tələbələrimizin iştirakı təmin edilir.
A.Şirinov pandemiya dövrü bitdikdən sonra, baş tutacaq layihələr haqqında da məlumat verib, İnstitutun fəaliyyətinin daha səmərəli təşkili üçün kollektivin birgə əməyini yüksək qiymətləndirib.
Aİİ rəhbəri İnstitutda tədrislə yanaşı, tədqiqat sahəsində də bir çox işlərin görüldüyünü vurğulayıb. Qeyd edib ki, ildə iki dəfə elmi jurnalımız, il ərzində müəllimlərimizin araşdırma əsərləri çap olunur. Bu əsərlərin bir çoxu yeni tədqiqat nümunələridir.
İnstitutda tədrisin daha da təkmilləşdirilməsinə xüsusi önəm verildiyini qeyd edən A.Şirinov bu məqsədlə müxtəlif qabaqcıl xarici ölkə universitetləri ilə əlaqələrin qurulduğunu nəzərə çatdırıb.
A.Şirinov BDU-nun keçmiş İlahiyyat fakültəsinin strukturunda yaradılan İlahiyyat İnstitutunun üçillik fəaliyyətindən danışdığı zaman, mərhum akademik Vasim Məmmədəliyevin hər zaman rəhmətlə anıldığını bildirib.
Millət vəkili Ceyhun Məmmədov çıxış edərək, Azərbaycanda mövcud dövlət-din münasibətləri haqqında danışıb. C.Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. O, Azərbaycan İlahiyyat İnstitutunun fəaliyyətini uğurla davam etdirdiyini nəzərə çatdırıb. İnstitutda tam şəffaf mühitin hökm sürdüyunü, neqativ halların olmadığını bildirib. Millət vəkili İnstitutun tədqiqat müəssisəsi kimi də fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, birlikdə daha güclü təhsilin verilməsi, məzunların yüksəkixtisaslı kadr kimi yetişməsi üçün çalışmalıyıq.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov İnstitutun səmərəli üçillik fəaliyyəti ilə əlaqədar kollektivi təbrik edib. Bildirib ki, Aİİ-nin yaradılması dövlət-din münasibətləri, milli-mənəvi dəyərlərin qorunması, ölkəmizdə din təhsili sahəsində yüksəkixtisaslı kadrların hazırlanması baxımından xüsusi əhəmiyyətə malikdir. Sədr müavini İnstitutun üçillik fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, qısa zaman kəsiyində ali təhsil müəssisəsi müsbət mənada kifayət qədər tanınıb. G.İsmayılov ixtisaslarına dərindən yiyələnmək istəyən, gələcəkdə din xadimi olacaq abituriyentlərin qəbulunu həyata keçirməyin vacibliyini vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev bildirib ki, İnstitutun üçillik fəaliyyətini zəfər çalmış ölkənin vətəndaşları olaraq qeyd edirik. İslam dininin elmə, oxuyub-öyrənməyə böyük əhəmiyyət verdiyini bildirən F.Nurullayev Quranın ilk nazil olan ayəsinin “Oxu” əmri ilə başladığını vurğulayıb. İnstitutun bugünkü fəaliyyətini təhsil mərkəzi olaraq yüksək qiymətləndirən sədr müavini kollektivə fəaliyyətində uğurlar arzu edib. F.Nurullayev, həmçinin BDU-nun keçmiş İlahiyyat fakültəsinin dekanı, mərhum akademik Vasim Məmmədəliyevin adını ehtiramla qeyd edərək, İnstitutun üçillik fəaliyyətində onun yetişdirdiyi tələbələrin əməyini qeyd edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov da kollektivi üçillik fəaliyyəti ilə bağlı təbriklərini çatdırıb, Aİİ heyətinə gələcək fəaliyyətində uğurlar arzu edib. M.İsmayılov bildirib ki, Aİİ-nin yaradılması dini-mənəvi dəyərlərimizin qorunması baxımından mühüm qərarlardan biridir.
Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində təsis edilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar