Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Dəhliz açılır: Torpaqları beşqat baha alanlar kimlərdir?

Tarix: 08-02-2021 21:52     Baxış: 3227 A- / A+
Dəhliz açılır: Torpaqları beşqat baha alanlar kimlərdir?

Ermənistanın təslim olması ilə nəticələnən Qarabağ müharibəsini dayandıran 10 noyabr üçtərəfli razılaşması Naxçıvanla Azərbaycan arasındakı “Zəngəzur dəhlizi” kimi bilinən nəqliyyat dəhlizinin açılmasını da nəzərdə tutur. Və bu dəhlizin açılmasına dair hazırlıqlar Türkiyənin Ermənistanla həmsərhəd bölgələrində ərazi almaq istəyənlərin də kəskin artmasına səbəb olub.

Manevr.az xəbər verir ki, bu haqda Əsassız Erməni İddialarına qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksəl Gülbəy deyib.

“Azərbaycanla Ermənistan arasında yaşanan Dağlıq Qarabağ savaşından sonra Naxçıvanla Azərbaycan arasında Zəngəzur dəhlizinin də açılması qərara alınıb. Bu dəhlizdən keçən quru və dəmir yollarının açılacağını eşidən yerli və xarici iş adamları diqqətini Qars və İğdıra çevirib”, - Gülbəy bildirib.

ASİMDER başqanı əlavə edib ki, Türkiyənin Ermənistanla sərhədlərini bağlamasına səbəb olan Qarabağın işğalı probleminin bu müharibə ilə aradan qalxması sərhədlərin açılacağına dair xəbərlərin də yayılmasına səbəb olub:

“Bu xəbərlərin təsiri ilə Qars və İğdırda əraziləri dəyərindən beşqat artıq ödəyərək almaq istəyən, mənşəyi məlum olmayan xarici iş adamları və ya firmalar bölgəyə axın edir. Qars və İğdırdakı vətəndaşlarımızı ərazilərini satarkən diqqətli olmağa, şübhələndikləri durumla bağlı təhlükəsizlik orqanlarına xəbər verməyə çağırırıq”, - o deyib.

Göksəl Gülbəy istisna etmir ki, həmin xarici iş adamları və ya firmalar erməni diasporuna bağlıdır. Çünki ötən əsrin 90-cı illərində ermənilər bölgənin gələcəkdə hansı strateji əhəmiyyətə malik olacağını görərək İğdırdan torpaq sahələri almağa çalışırdı./virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar