Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Elvüsal Məmmədovun “Ərəb dili” kitabı nəşr olunub

Tarix: 08-02-2021 18:38     Baxış: 3149 A- / A+
Elvüsal Məmmədovun “Ərəb dili” kitabı nəşr olunub


Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Dillər və ictimai fənlər kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun “Ərəb dili” kitabı nəşr olunub.


Gələcəkdə dərslik kimi nəşr olunması nəzərdə tutulan kitab İlahiyyat fakültəsinin “Dinşünaslıq” və “İslamşünaslıq” ixtisasları üzrə təhsil alan I-II kurs tələbələri üçün tərtib olunub.

Kitabda qarşıya qoyulan başlıca məqsəd ərəb dili üzrə oxu, yazı və tərcümə bacarıqlarını formalaşdırmaq, tələbələrdə müasir ərəb dilinin lazımi səviyyədə mənimsənilməsini təmin edəcək məlumat bazası yaratmaqdır.

Kitab 20 dərsdən, əksəriyyəti dini mövzulara aid 12 mətn və ərəbcə-azərbaycanca qısa lüğətdən ibarətdir. Mövzular sadədən-mürəkkəbə, asandan-çətinə doğru bölüşdürülmüşdür. Belə ki, leksik-qrammatik mövzuları ilk semestr üçün çox asan, ikinci semestr üçün orta-çətin, üçüncü və dördüncü semestrlər üçün nisbətən çətin olaraq səciyyələndirmək mümkündür. İyirmi dərsdən ibarət olan kitabda ərəb dilinin fonetikası, morfologiya və sintaksisi tələbələrdə lazımi söz ehtiyatını formalaşdıracaq nümunələr (sözlər və cümlələr) əsasında praktik şəkildə öyrədilir.

Hər bir qrammatik mövzuya dair seçilmiş tapşırıqlar tələbələrdə praktik və nəzəri biliklərin möhkəmləndirilməsinə xidmət edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar