Xəbər lenti
Vitse-prezidentlərin 4 ay uzanan təyinatı...
“Təyinatların hələ reallaşmaması qanun pozuntusu deyil”
2016-cı ilin sentyabrında keçirilən referendumda Azərbaycan Konstitusiyasına edilən əlavələrdən biri də dövlət idarəetməsində birinci vitse-prezident və vitse-prezidentlik institutunun tətbiqidir. Ana qanunumuza belə bir yenilin əlavə edilməsindən 4 aydan artıq vaxt keçib. Lakin hələ ki qanundakı bu yenilik praktikada reallaşdırılmayıb.
Bir sıra siyasilər, deputatlar bu barədə açıqlamalarında bildiriblər ki, vitse-prezidentlərin təyinatı bu ilin aprelinədək olacaq. Bəziləri isə hesab edirlər ki, bu təyinatlar hətta növbəti prezident seçkilərindən sonra reallaşa bilər.
Bəs vitse-prezidentlərin təyinatı daha da uzana bilərmi?
Konstitusiyadakı yeniliklərdən birinin idarəçilikdə vitse-prezidentlər institutunun tətbiqinin nəzərdə tutulduğu da məlumdur. Bəs vitse-prezidentlərin təyinatı 2018-ci ildə keçiriləcək prezident seçkilərindən sonraya qala bilərmi, yoxsa prezident istənilən vaxt vitse-prezidentlər təyin eləyə bilər?
Milli Məclisin üzvü, BQP sədri Fazil Mustafa bildirib ki, müəyyən əsasnamələrin hazırlanması, bu vəzifədə olan şəxslərin müəyyən statuslarının dəqiqləşdirilməsi, sənədləşdirilməsi vaxt aparan işlərdir. Çox güman ki, bu məsələlərin həllindən sonra vitse-prezidentlərin təyinatı məsələsinin üzərinə gəlinəcək: “Çünki dəqiq səlahiyyətlər bölgüsü aparılmalıdır ki, məsələn, bilsin ki, baş nazirin səlahiyyətləri nədir, vitse-prezidentlərin səlahiyyətləri nə... Səlahiyyət bölgüsü aparılmasa, müəyyən prosedur və idarəetmə problemləri yarana bilər. Bu məsələlər həllini tapandan sonra prezident istənilən vaxt birinci vitse-prezident və vitse-prezidentlər təyin eləyə bilər. Qanunda konkret tələb qoyulmayıb ki, filan vaxtda və ya filan vaxta qədər bu təyinatlar həyata keçirilməlidir. Prezidentin səlahiyyətindədir ki, istədiyi vaxt təyinat həyata keçirsin. Ona görə də təyinatların hələ reallaşmaması qanun pozuntusu deyil. Biz siyasətçilər ancaq tövsiyə eləyə bilərik ki, filan qurumun formalaşması tez olsun-gec olsun. Nə zaman təyin etmək isə prezidentin səlahiyyətindədir”.
Deputatın sözlərinə görə, prezidentin hətta vitse-prezidentlər təyin eləməmək və ya hətta bir neçə il sonra təyin eləmək imkanı, hüququ var. Çünki qanunda hər hansı bir şəkildə məcburi norma əksini tapmır: “Odur ki, prezident istəsə, vitse-prezident təyinatlarını hətta 2018-ci ildə həyata keçirə bilər. Referendum təyin edilən zaman biz qeyd edirdik ki, bu məsələ daha çox xarici təhlükəsizliklə bağlı məsələlər ətrafında gündəmə gəlib. Bu, idarəetmədən daha çox, ölkə təhlükəsizliyi ilə bağlı boşluqların yaranmaması düşüncəsi ilə ortaya çıxan məsələ idi. Ona görə də hər hansı bir şəkildə beynəlxalq vəziyyətin gərginləşməsi anında bu addımın atılması mümkün ola bilər”.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar