Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağa kimlər və necə daşınır? – Rəqəmlər şişirdilir

Tarix: 06-02-2021 16:13     Baxış: 3133 A- / A+
Qarabağa kimlər və necə daşınır? – Rəqəmlər şişirdilir

Rusiya MN ötən gün Qarabağa 96 erməninin qaytarıldığını, bununla da 14 noyabr 2020-ci ildən bəri daşınanların 51.947 nəfərə çatdığını elan edib. Halbuki 3 fevralda Qarabağa daşınan ermənilərin ümumi sayının 52.096, 4 fevralda isə 52.158 olduğunu açıqlamışdı.

Beləliklə, rəqəmlərdəki uyğunsuzluq artıq “pripiska siyasəti” aparıldığı təəssüratı yaradıb.

Manevr.az-ın xəbərinə görə, məsələ ilə bağlı axar.az-a açıqlama verən verən sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov bildirib ki, bu cür qeyri-müəyyənliklərin olması gözlənilən idi.

“Çünki Azərbaycanın rus sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərinə qaytarılan ermənilərlə nəzarəti rəsmi Bakı etməlidir. Xüsusilə də Laçın dəhlizində həm nümayəndəmiz, həm də hərbi kontingentimiz olmalıdır. Daha konstruktiv yanaşsaq, Laçın dəhlizində Azərbaycan və rus sülhməramlıları birlikdə nəzarəti həyata keçirə bilər. Bilirsiniz, söhbət heç də Laçın dəhlizindən Qarabağa keçən ermənilərdən getmir. Əsas məsələ bu yolla Qarabağa daxil olan şəxslərin əslində bundan öncə həqiqətən Qarabağda yaşayıb-yaşamamağıdır.

Digər tərəfdən, Laçın dəhlizi vasitəsilə Ermənistandan Qarabağa silahlı ermənilərin keçməsi xəbərləri var. Hesab edirəm bütün bunların qarşısı alınmalıdır. Çünki Qarabağa hansı ermənilərin, hansı prinsiplərlə qaytarıldığı barədə heç bir bilgi yoxdur.

O ki qaldı rəqəmlərə, deyə bilərəm ki, rəqəmlər heç bir həqiqəti əks etdirmir. Çünki Rusiya MN ötən gün Qarabağa qaytarılan ermənilərin 51.947 nəfərə çatdığını elan edib. Halbuki bu rəqəm müharibə öncəsində bütün Qarabağda yaşayan ermənilərin sayından çoxdur.

Düşünürəm rəqəmlər bilərəkdən artırır. Məqsəd də regionda sülhməramlı fəaliyyətin təmin edildiyini daha qabarıq şəkildə göstərməkdir. Yəni bir növ biz bu qədər erməni və azərbaycanlının yaşadığı regionda sülhü qoruyuruq eyforiyası yaratmağa çalışırlar. Düşünürəm, hazırda Qarabağa Laçın dəhlizi vasitəsilə daxil olan ermənilərə nəzarət edilməsi, giriş-çıxışın təmin olunmasına nəzarət çox aktuallaşmalıdır. Bu məsələdə Azərbaycan daha aktiv rol almalıdır”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar