Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Prezidentdən əmək pensiyaları ilə bağlı SƏRƏNCAM

Tarix: 05-02-2021 18:38     Baxış: 4206 A- / A+
Prezidentdən əmək pensiyaları ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.

Manevr.az xəbər verir ki, sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, 2021-ci il 1 yanvar tarixinə 2020-ci il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci il 1 yanvar tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin; istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2021-ci il 1 yanvar tarixinədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Məlumat üçün bildirək ki, hər ilin əvvəlində pensiyaların nə qədər artacağı Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan əvvəlki ilin orta aylıq nominal əməkhaqqının artım tempinə əsasən müəyyən olunur. Yəni, əvvəlki il ərzində orta aylıq nominal əməkhaqqı nə qədər artsa pensiyalar da yanvarın 1-dən bir o qədər artırılacaq.
Qeyd edək ki, artıq bu ilin ilk 11 ayı ərzində orta aylıq nominal əmək haqqında qeydə alınan artımlar açıqlanıb. Açıqlanan göstəricilərə görə bu ilin yanvar-noyabr aylarında orta aylıq nominal əmək haqqı 12,9% artıb. Bu isə o deməkdir ki, son 1 ayın statistik göstəricilərində ciddi dəyişiklik olmasa, ehtimal etmək olar ki, pensiyaların orta məbləği hər 100 manatada təxminən 12-13 manat həddində artacaq.
Onu da bildirək ki, 2020-ci il üzrə orta aylıq nominal əmək haqqının fevral ayının ikinci ongünlüyündə açıqlanacaq. Bu səbəbdən də yanvar ayı üzrə artımlar fevral ayının pensiyası ilə birgə veriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar