Xəbər lenti
Azərbaycanda iki yüksək vəzifəyə təyinat - ŞƏKİLLƏR
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında "Azərpoçt” MMC-yə iki yeni baş direktor müavini təyin edilib.
Manevr.az xəbər verir ki, Süleymanov Nazim Süleyman oğlu və Cəlilov Əfqan Süleyman oğlu "Azərpoçt” MMC-də baş direktor müavini vəzifəsinə təyin olunublar.
Onlar təyinat üzrə üç fevral tarixindən vəzifələrini icra etməyə başlayıblar. Hazırda "Azərpoçt” MMC-də baş direktor müavini vəzifəsini icra edənlərin sayı beşə çatdırılıb.
Belə ki, Süleymanov Nazim Süleyman oğlu 1993-2006-cı illərdə Azərbaycan Respublikası Milli Bankında baş iqtisadçı, Azərbaycan Sənaye-İnvestisiya Səhmdar Kommersiya Bankında aparıcı iqtisadçı, idarə rəisinin müavini, Beynəlxalq bank əməliyyatları idarəsinin rəisi, Beynəlxalq bank əməliyyatları departamentinin direktoru, Birləşmiş İnvestisiya Səhmdar Bankında Beynəlxalq əməliyyatlar departamentinin direktoru, Birləşmiş Universal Səhmdar Bankında Əməliyyatlar blokunun baş direktoru, "AtaBank” Açıq Səhmdar Cəmiyyətində İdarə Heyəti sədrinin müavini vəzifələrində işləyib. 2006-2019-cu illərdə "Azərpoçt” MMC-də çalışıb. 2019-cu ildə Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktor müavini təyin olunub.
Cəlilov Əfqan Süleyman oğlu 2002-2005-ci illərdə Milli Bankın Bazar Əməliyyatları departamentində çalışıb. 2005-2013-cü illərdə "AGBank” Açıq Səhmdar Cəmiyyətinin Metodologiya şöbəsinin rəisi, İnkişaf departamentinin direktoru, Maliyyə Nəzarəti üzrə Baş direktor vəzifəsində işləyib. 2013-cü ildə "AGBank” ASC-də İdarə Heyəti sədrinin müavini təyin edilib. 2016-2020-ci illərdə "AGBank” ASC-də İdarə Heyətinin sədri vəzifəsində işləyib.(oxu.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar