Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Milli Məclis deputatların maaşları ilə bağlı iddialara aydınlıq gətirdi

Tarix: 03-02-2021 23:04     Baxış: 3182 A- / A+
Milli Məclis deputatların maaşları ilə bağlı iddialara aydınlıq gətirdi


Bir sıra sosial şəbəkələrdə "Milli Məclisin deputatlarının yeni əməkhaqqı cədvəli" başlığı altında yayımlanan iddialar həqiqəti əks etdirmir.

Milli Məclisin Mətbuat Xidmətindən verilən məlumata görə, bir müddət əvvəl Milli Məclisin deputatlarının aylıq vəzifə maaşları haqqında parlament Aparatının müvafiq şöbəsi tərəfindən ictimaiyyətə rəsmi məlumat verilməsinə baxmayaraq, bəzi qərəzli dairələr tərəfindən bu cür yalan iddiaların irəli sürülməsində məqsəd ictimai rəyi çaşdırmaq, Milli Məclisin nüfuzuna xələl gətirməkdir:

"Bir daha qeyd edirik, "Milli Məclis deputatının statusu haqqında" qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat) , Milli Məclis Sədrinin müavini - 85 faizi (2 103,75 manat), Milli Məclisin komitə və komissiya sədri - 80 faizi (1 980 manat), Milli Məclisin komitə və komissiya sədrinin müavini - 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır. Bundan əlavə, Milli Məclisin Sədri, onun birinci müavini və müavinləri, Milli Məclisin komitə və komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar".milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar