Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ən gözəl sözlər dosta ünvanlanar - Cəsarət Qasımovun doğum gününə

Tarix: 03-02-2021 22:20     Baxış: 3385 A- / A+
Ən gözəl sözlər dosta ünvanlanar

Dost dostun şad gününə sevinər, ürəyi açılar. Ən gözəl təbriklər, ən gözəl sözlər dosta ünvanlanar. İllərdir çiynimizi əyən dərd yükünü yerə qoyduğumuza görə, artıq ürəkdən sevinməyə, şad günlərimizi açıq ürəklə qeyd etməyə də haqqımız var. Bu gün də o günlərdəndi ki, dostumun ünvanına xoş sözlər söyləmək, ona gözəl arzular diləmək könlümün istəyi, ruhumun diqtəsidi.

Həyatımızda əlamətdar, yadda qalan günlər çox olur. Yaşımızın üstünə yaş gəlsə də, doğum günümüz də əlamətdar günlərdən sayılır. Bu gün dəyərli dostum Cəsarət Məmişoğlunun (Qasımovun) doğum günüdü. Bizi birləşdirən dəyərlərin fonunda illərin xatirəsi var. Xatirələrimiz bir kitaba sığmayacaq qədər çox və unudulmazdır.
Çox dəyərli qardaşım, əziz dostum! Səni doğum günün münasibətilə ürəkdən təbrik edirəm. İllərdir təqvimin adi günü kimi ötürdüyümüz bu günkü tarix indi mahiyyətini dəyişib artıq. Builki doğum günün əvvəlkilərdən fərqlidi. Daha yurd həsrətinə son qoyulub. Doğulub boya - başa çatdığın Füzuli rayonu azaddı, deməli, ən böyük arzun hasil olub. Səni həm doğum günün, həm də müqəddəs ata ocağının yağıdan azad olması münasibətilə təbrik edirəm. Bütün arzularına çatasan!

Şair təbiətli, gözəl şeirlər müəllifi, dostum Cəsarət Məmişoğlu! Bundan sonra şeirlərinin mövzuları, motivləri dəyişəcək, həsrət və hicran məfhumu qələmindən, könlündən uzaq olacaq və yazılarına yansımayacaq. Çünki, duyğuların, ruhun sevincə, xoşbəxt günlərin ab-havasına köklənəcək. Daha nisgilini, ağrını unudub, azad olunmuş yurdumuzun gözəlliklərindən yazacaq, vüsal anlarını tərənnüm edəcəksən. Var ol!

İllər öncə, daha dəqiq 2015- ci ildə hər ikimiz yurd həsrətindən qovrulduğumuz, ağrılarımıza təsəlli tapmadığımız bir məqamda dostum Cəsarətə üz tutub yazdığım bir şeirimi də yazıma əlavə edirəm. Ağrılı, nisgilli illəri geridə qoymuşuq artıq. Torpaqlarımız azadlığına qovuşub, biz də itmiş kimliyimizə. İllərdir qaysaq tutmayan yaralarımız sağalmasa da, təsəllimiz yağısız yurd yerlərimiz, əsirliyinə son qoyulmuş doğma ata ocağına yenidən qayıtmaq ümidinin reallaşmasıdı.

XATİRƏ VƏ NİFRƏT
(Yurd ağrısı dadmış dostum
Cəsarət Məmişoğluna üz tutaraq...)


...xatirələrim
bağımızdakı
alma ağaclarının
budaqlarından,
alça ağaclarının
çiçəklərində
asılı qaldı.
Bir də atamın
məzarına
qısılı qaldı.

Bir gün geri
dönəcəm
xatirələrimi
yığmaq üçün-
alma ağaclarının
budaqlarından,
alça ağaclarının
çiçəklərindən.
Ancaq atamın
məzarından
xatirələrimi
götürməyə
üzüm gəlməyəcək.
Bilirəm ki, atam
xatirələri
nifrətə çevirib
tüpürəcək üzümə...

2015
Namiq Dəlidağlı
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar