Xəbər lenti
Rusiyaya səfər etmək istəyənlərin nəzərinə - QAYDALAR
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) fevralın 17-dən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır.
Manevr.az AZAL-a istinadən bildirir ki, qonşu ölkəyə səhayət etmək istəyən şəxslərin Rusiya ərazisinə giriş hüququ olmalıdır. Bundan əlavə, pandemiya dövründə RF ərazisinə giriş qaydaları müəyyən olunub.
Ümumi qaydalar bunlardan ibarətdir:
1. Rusiya Federasiyası ərazisinə daxil olmasına icazə verilən şəxslərin kateqoriyasının siyahısı ilə burada tanış olmaq olar (rus dilində)
2. Rusiya Federasiyası vətəndaşları üçün tələblər:
- qeydiyyatdan keçmək və reysə minik üçün rus və ya ingilis dilində çap edilmiş, reysin uçuşundan ən gec 48 saat əvvəl PCR metodu ilə həyata keçirilən COVID-19 testinin neqativ nəticəsini əks etdirən tibbi sənəd (arayış) təqdim olunmalıdır. Rus və ya ingilis dilində tibbi sənədin təqdim edilməsi mümkün olmadıqda uçuşun başlandığı ölkənin rəsmi dövlət dilində sənədin və rus dilinə notarial qaydada təsdiq olunmuş tərcüməsinin təqdim edilməsinə icazə verilir.
- Rusiya Federasiyası vətəndaşları Rusiya Federasiyasına yola düşməzdən əvvəl Dövlət və bələdiyyə xidmətlərinin vahid portalında elektron formada "Rusiya Federasiyasına gələn şəxslərin qeydiyyatı" anketini doldurmalıdırlar (aviabilet əldə edərkən, lakin reysə qeydiyyatdan gec olmayaraq). Anketə bütün lazımi məlumatlar daxil edildikdən sonra sərnişinin elektron poçtuna xüsusi QR-kod göndərilir. Həmin kod gəliş hava limanında sanitar-karantin nəzarətindən keçərkən "Rospotrebnadzor" orqanının əməkdaşına təqdim edilməlidir.
- RF vətəndaşı Rusiya ərazisinə gəldiyi gündən üç təqvim günü ərzində COVID-19 testindən keçməlidir. Testin nəticələrinə görə "Rusiya Federasiyası ərazisinə gələn şəxslər üçün yeni koronavirus infeksiyası üzrə testin nəticələri barədə məlumatların təqdim edilməsi" forması doldurulmalıdır.
PCR metodu ilə COVID-19 üçün laborator tədqiqatların nəticələri alınana qədər yaşayış yeri (qaldığı yer) üzrə özünütəcrid rejiminə riayət edilməlidir.
3. Əcnəbilər üçün tələblər:
- qeydiyyatdan keçmək və reysə minik üçün rus və ya ingilis dilində çap edilmiş, reysin uçuşundan ən gec 48 saat əvvəl PCR metodu ilə həyata keçirilən COVID-19 testinin neqativ nəticəsini əks etdirən tibbi sənəd (arayış) təqdim olunmalıdır. Rus və ya ingilis dilində tibbi sənədin təqdim edilməsi mümkün olmadıqda uçuşun başlandığı ölkənin rəsmi dövlət dilində sənədin və rus dilinə notarial qaydada təsdiq olunmuş tərcüməsinin təqdim edilməsinə icazə verilir.
- Rusiya Federasiyası ərazisinə gəlməzdən əvvəl, hava gəmisində, əcnəbilər Rusiya Federasiyası ərazisinə gələn şəxsin anketini (buradan yükləmək mümkündür) ingilis və ya rus dilində doldurmalıdırlar (hava gəmisində təqdim ediləcək, həmçinin əvvəlcədən çap edərək doldurmaq mümkündür). Anketdə RF ərazisində qaldığı yerin ünvanı barədə qrafa mütləq qaydada doldurulmalıdır.
- Əmək fəaliyyəti ilə məşğul olmaq məqsədilə gələn əcnəbilər Rusiya Federasiyası ərazisinə gəldikləri gündən 14 təqvim günü müddətində özünütəcrid tələblərini yerinə yetirməlidirlər.
4. Başqa ölkədən tranzit keçməklə Böyük Britaniyadan gələn sərnişinlər Rusiya Federasiyası ərazisinə gəldikləri gündən 14 təqvim günü müddətində özünütəcrid tələblərini yerinə yetirməlidirlər.
Russiyada COVID-19 testini harada vermək olar?
"ArxiMed" Klinikası
https://www.arhimedlab.com
"Gemotest" Laboratoriyası
https://gemotest.ru/
AO "Medicina"
https://gemotest.ru/
"DNKOM" Laboratoriyası
https://dnkom.ru
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar