Xəbər lenti
"Gecikmiş həbsdir" - Əməkdar jurnalistdən sabiq nazirin həbsinə reaksiya
Bu gün mətbuatda Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbs edilməsi ilə bağlı məlumat yayılıb. Xatırladaq ki, Səlim Müslümov 2018-ci ilə kimi bu vəzifəni icra edib.
Əməkdar jurnalist Azər Həsrət "gecikmiş həbsdir", - deyə sabiq nazirin saxlanılmasına reaksiya verib:
"Bu günün gündəmi keçmiş nazir Səlim Müslümovun həbsidir. Gecikmiş həbsdir. O adam nazir olanda nə qədər şikayətlər vardı, niyə baxılmırdı? Şəxsən mənim də o qurumdan şikayətlərim olub. Özəlliklə də ASAN imzanın məcburi tətbiqi ilə bağlı. Səlim Müslümovun idarəsinə hesabatı yalnız ASAN imza ilə vermək tələb edilirdi. Biz də bunun yanlış və əsassız olduğunu əsaslandırırdıq. Dinləyən, eşidən oldumu? Ondan sonra, bir sıra qurumlar, ictimai fəal şəxslər nazirlikdəki yeyintilər haqqında yazırdılar, danışırdılar. Heç kim vecinə də almırdı. Hələ bəzi QHT-lərə qrantların ayrılmasını demirik. Elə olurdu ki, eyni QHT-yə eyni anda yüzminlərlə manat məbləğində bir neçə qrant ayrılırdı. Bizim kimi adamlar isə bu nazirlik də daxil olmaqla heç bir qrant mənbəyinə (QHT Şurası xaric) yaxın buraxılmırdıq. Sözümün canı odur ki, indi də bir çox sahələrlə bağlı tənqidlər səsləndiririk. Heç kim vecinə almır. Elə ASAN imza məsələsi indinin özündə də kal armud olub boğazımızda qalıb. Gərək aradan bir müddət keçə, Prezident kimisə cəzalandıra, işdən çıxara, sonra baxıla bu işlərə? Nəhayət ki, vətəndaşı dinləməyi də öyrənin də, ay yetkililər. Ay prokurorluq, hüquq-mühafizə, dövlət nəzarəti qurumları, niyə bu millətə belə yuxarıdan aşağı, saymazyana baxırsınız? Hərəkət edin də."
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar