Xəbər lenti
Qarabağ ermənilərinə tarixi fürsət: "Rusiya çölləri"ndə məhv olmaq istəmirlərsə...
Sərhədlər açılan kimi Ermənistanda ajiotaj yaranıb...
2020-ci ildə 30500 nəfər Ermənistan vətəndaşı Rusiya Federasiyası vətəndaşlığını qəbul edib. Son üç ildə isə cəmi 80000 erməni RF vətəndaşı olmağa üstünlük verib. Pandemiya ilə əlaqədar Rusiya sərhədlərini bağlamışdı. Fevralın 1-dən Rusiya Ermənistanla aviareysləri bərpa edib və İrəvanın Zvartsnos aeroportunda böyük qarışıqlıq yaranıb. Cəmi 4 reys olduğundan bilet alan bir çox ermənilərin başqa reyslərlə yola salınacağı elan olunub. Ermənistanda böyük ajiotaj yaranıb. Ölkəni birdəfəlik tərk edənlərin sayı həddən artıq çoxdur. Ermənilərin ölkələrini tərk etmələri bütün zamanlarda olub, amma indi İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətin yaratdığı psixoloji gərginlik əhalinin gənc və orta yaş nəslinin kütləvi şəkildə Ermənistandan getmək və geri dönməmək meyillərini artırıb.
Bu proses Qarabağ ermənilərinə də təsir edib. Hər gün Ermənistandan Xankəndinə gələnlərin sayı barədə məlumat verən sülhməramlılar üçün 1 fevraldan əks proses başlayıb. Qarabağı tərk edənlərin sayı gələnlərdən çoxdur. Əsasən qocaları evdə qoyan gənclər və orta yaşlı insanlar İrəvana, oradan da, özlərinin ifadə etdiyi kimi “Rusiya çöllərinə” üz tutacaqlar. Pandemiya şərtlərinin yumşalması ilə Gürcüstanın sərhədləri açmasını gözləyən Qarabağ erməniləri avtomobillərlə Şimali Qafqaza axın edəcəklərini sosial şəbəkələrdə açıq yazırlar.
“Alyans” partiyasının sədri Urixanyan və başqa siyasət adamları bir tərəfdən də vəziyyətdən çıxış yolunu Rusiya ilə ittifaq dövləti qurmaqda görürlər. Yəni, faktiki olaraq onsuz da vassal səviyyəsində olan Ermənistan bununla da müstəqilliyinə də son verməyə hazırdır. Təki Rusiya onları qanadlarının altında saxlasın.
Robert Koçaryanın tələsik məhkəmədən icazə alıb yenə Moskvaya getməsinin səbəbi 18 fevralda bütün müxalifətin təşkil edəcəyi mitinqdə Paşinyanın istefasına nail olmağı mümkün variant kimi təqdim etmək və Moskvadan hərtərəfli dəstək görmək məqsədi daşıyır. Daşnak partiyası başda olmaqla 15 siyasi partiyanın təşkil etdiyi bu mitinqin əsas məqsədi Paşinyanı istefaya göndərməkdi. Koçaryanın tez-tez Moskvaya getməsi may ayında gözlənilən növbədənkənar seçkilərə kimi hakimiyyət məsələsini həll etmək və Qarabağdan erməni köçünün qarşısını almaqdır. Ermənistandan gedənlər onu maraqlandırmır. Onun prezidentliyi dövründə də ermənilər Rusiyaya axın ediblər. Koçaryanın planları daha çox Qarabağla bağlıdır.
Düşmən çabalayır, Qarabağı və Ermənistanı kütləvi şəkildə tərk etmək planlarını gizlətmirlər. Amma, düşmən məkrli və fürsətcil olduğundan baş verənlərlə arxayınlaşmaq olmaz. Qarabağ erməniləri arasında ümumi əhval-ruhiyəni öyrənib təhlil etmək və maraqlarımıza cavab verən addımlar atmaq Azərbaycanın Dağlıq Qarabağda suverenliyinin bərpasını sürətləndirə bilər. moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar