Xəbər lenti
Deputat Müşfiq Məmmədli gəncləri təbrik etdi
Məlum olduğu kimi, bu gün- 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.
Manevr.az xəbər verir ki, Milli Məclisinin Səhiyyə, Elm və Təhsil komitələrinin üzvü, deputat Müşfiq Məmmədli bu münasibətilə gəncləri təbrik edib, ürək sözlərini bölüşüb:
"Ümummilli lider Heydər Əliyev: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Bu gün Azərbaycanda gənclər günü qeyd olunur. İlk olaraq ölkəmizdə və onun hüdudlarında yaşayan gənc soydaşlarımızı təbrik edir onlara möhkəm can sağlığı arzulayıram. Müasir Azərbaycanın ictimai, siyasi və mədəni həyatında önəmli rol oynayan Azərbaycan gənci hər birimizin qürur mənbəyi, gələcəyimizin təməl daşlarıdır. Əbəs yerə deyil ki, istənilən sahədə gənclərimiz dövlətimizi layiqincə təmsil edir, bayrağımızı yüksəldir, Azərbaycanın dünyada tanınmasına mühüm töhfə verirlər. Eyni zamanda böyük fəxr hissi ilə qeyd etmək istərdim ki, 44 günlük Vətən müharibəsində gənc döyüşçülərimizin şücaəti düşmən üzərində möhtəşəm qələbəni qaçılmaz etdi. Bu yolda canından keçmiş şəhidlərimizi hörmətlə anır, onların ruhları qarşısında baş əyirəm. Bundan sonra azad Qarabağımızın inkşafında məhz gənclərimizin əməyi mütləq rol oynayacaq. Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsasını təşkil edən gənclər dövlətimizin inkişafı naminə göstərəcəkləri xidmət layiqincə yerinə yetiriləcək. Tam əminliklə söyləyə bilərik ki, Azərbaycan gənci ölkə rəhbərinin ətrafında sıx birləşərək dəmir yumruğun əsasını təşkil edir.
Azərbaycan gənci sən xoşbəxtsən. Azərbaycan gənci sən qalibsən. Yaşasın Azərbaycan, Yaşasın Gənclik!!!"
Manevr.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar