Xəbər lenti
Azərbaycan İlahiyyat İnstitutunun rəhbərliyi yanında İctimai Nəzarət Şurasının onlayn iclası keçirilib -ŞƏKİL
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbərliyi yanında İctimai Nəzarət Şurasının onlayn iclası keçirilib.
İclas “ZOOM” proqramı vasitəsilə təşkil olunub.
Tədbirdə çıxış edən Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov iclas iştirakçılarını salamladıqdan sonra bildirib ki, Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tədris, həmçinin təlim-tərbiyə prosesi payız semestri boyunca distant formada davam edib. O qeyd edib ki, Aİİ-də tədris prosesi Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq, onlayn şəkildə “Microsoft Teams” platforması üzərindən təşkil olunub. Rektor “Microsoft Teams” platformasının üstünlüklərindən danışaraq qeyd edib ki, məsafədən dərslərə qoşula bilməyən tələbələrin daha sonra proqramdan istifadə etmək imkanları olub.
Aİİ rəhbəri imtahanların keçirilmə qaydası ilə bağlı Elmi Şuranın qərarlarını açıqlayaraq, qış sessiyası ərzində tələbələrin imtahanlarda iştirakı, müvəffəqiyyət və keyfiyyət göstəricilərini diqqətə çatdırıb. Həmçinin cari dövrdə Aİİ-də fəaliyyət göstərən onlayn kurslar, İnstitutun beynəlxalq əlaqələrindən də söz açıb.
Nəzarət Şurasının sədri, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları Birgə Qrupun üzvü Əliməmməd Nuriyev isə Aİİ-nin yaradılmasının və fəaliyyətinin cəmiyyət üçün vacibliyini vurğulayaraq, İnstitutun din sahəsində mütəxəssis yetişdirməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Nəzarət Şurasının üzvü – təhsil üzrə ekspert, professor Şahlar Əsgərov Aİİ-ni cari dövrdə əldə etdiyi uğurlara görə təbrik edib. O, İnstitutun beynəlxalq münasibətlərini genişləndirməsini yüksək qiymətləndirib, təhsil, təlim-tərbiyə prosesinə dair öz dəyərli tövsiyələrini verib.
Millət vəkili Arzu Nağıyev çıxışında pandemiya dövründə distant tədris prosesinin keyfiyyətinə toxunaraq, bu dövrdə müəllimlərin öhdələrinə düşən məsuliyyətli, şərəfli işi yüksək qiymətləndirib.
“İki sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə Aİİ-nin qısa zaman ərzində ölkənin ictimai-siyasi həyatında nüfuz qazandığını vurğulayaraq, ali təhsil müəssisəsinin elmi nəşrlərini, jurnal və məcmuələrin dərcini yüksək qiymətləndirib.
Təhsil üzrə ekspert Nadir İsrafilov görüş iştirakçılarını salamlayaraq, pandemiya dövründə onlayn dərslərin təhsilimizə qazandırdığı təcrübədən geniş danışıb, distant təhsil zamanı qiymətləndirmədə yaranan çətinliklərdən bəhs edib.
Modern.az saytının rəhbəri Elşad Eyvazlı ötən dövrdə Aİİ-nin fəaliyyətini yüksək qiymətləndirib. Ölkəmizdə fəaliyyət göstərən müxtəlif dinlərə mənsub din xadimləri ilə münasibətlərin yüksək səviyyədə saxlanılmasına dair fikirlərini bölüşüb və cəmiyyət üçün dəyərli mütəxəssis yetişdirən ali təhsil ocağına uğurlar arzu edib.
Məlumat üçün bildirək ki, İctimai Nəzarət Şurasının əsas məqsədi Aİİ-nin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, İnstitut ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı əlaqələrin təşkili, aşkarlığın və şəffaflığın təmin olunması, əməkdaşların və təhsilalanların hüquqlarının müdafiəsi və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflərin verilməsindən ibarətdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar