Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Ermənistandan və Rusiya sülhməramlılarından açıqlama tələb olunmalıdır"

Tarix: 02-02-2021 13:02     Baxış: 4170 A- / A+
"Ermənistandan və Rusiya sülhməramlılarından açıqlama tələb olunmalıdır"


"Buna görə həm Ermənistan rəhbərliyindən, həm də Rusiya sülhməramlılarından açıqlama tələb olunmalıdır”.


Manevr.az
xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Azərbaycanın Ermənistan ilə dövlət sərhəddində atəşkəsin pozulması ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, baş verən bu hadisə Azərbaycan ictimaiyyəti tərəfindən böyük narahatlıqla qarşılanır:

"Düşünürəm ki, Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Qazax rayonunun 7 kəndini Azərbaycana qaytarmaq əvəzinə, əsgərmizə atəş açaraq onun həyatını təhlükə altına alan düşmənin layiq olduğu sarsıdıcı cavabını yaxın saatlarda verəcək. Bəlkə də artıq bu cavab verilir. Odur ki, bu zərbələrin nəticələrini gözləmək lazımdır. Görünür 44 günlük müharibədə Ermənistan başına dəyən dəmir yumruqdan hələ də doğru-dürüst nəticə çıxartmayıb".

Ədalət Verdiyev qeyd edib ki, müharibənin Ermənistan üçün hansı nəticələrə gətirib çıxarmağını təsəvür etməyən qüvvələr hələ də ordu və siyasi rəhbərlikdə yer almaqdadır:

"Ermənistan törətdiyi bu təxribatın acı nəticələrinə qatlanmağa məhkum omalıdır”.

Qeyd edək ki, fevralın 2-də saat 05:00 radələrində Ermənistan silahlı qüvvələrinin Qazax rayonunun işğal altında olan Aşağı Əskipara kəndi ərazisindəki bölmələri tərəfindən həmin istiqamətdə dövlət sərhədinin müdafiə və mühafizəsini həyata keçirən Dövlət Sərhəd Xidmətinin sərhəd-döyüş məntəqəsinə doğru pulemyot silahdan 20 dəfə atəş açılmaqla atəşkəs rejimi pozulub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar