Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Gənclər günü münasibəti ilə videokonfrans keçirilib

Tarix: 01-02-2021 20:24     Baxış: 3176 A- / A+
Gənclər günü münasibəti ilə videokonfrans keçirilib


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ərazisi işğaldan azad edilmiş rayonlardan olan gənclərin iştirakı ilə onlayn rejimdə videokonfrans keçirib.

2 fevral Gənclər Gününə həsr olunan tədbirdə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov çıxış edərək bildirib ki, Azərbaycanda gənclərin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir. Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə sağlam, savadlı və təşəbbüskar gənc nəslin yetişməsinə, onların vətənə məhəbbət ruhunda tərbiyə edilməsinə böyük önəm verib. Müstəqil dövlətimizin gənclər siyasətinin əsası Ulu Öndər tərəfindən qoyulub, cəmiyyətdə gənclərin rolunu yüksəltmək üçün zəruri tədbirlər görülüb, Gənclər Günü təsis olunub.

Prezident İlham Əliyev gənclərlə iş sahəsində dövlət siyasətini daha da təkmilləşdirib, onu zamanın çağırışlarına uyğunlaşdıraraq uğurla davam etdirir. Ölkənin siyasi, iqtisadi, mədəni həyatında gənclərin rolunun artırılması məqsədilə dövlət proqramları icra olunur. Dövlət idarəçiliyinin müxtəlif sahələrində gənclərə böyük etimad göstərlir.

Qeyd olunub ki, bütövlükdə ölkədə həyata keçirilən islahatların, sosial, iqtisadi siyasətin mərkəzində Azərbaycan vətəndaşı, onun layiqli həyat səviyyəsinin təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi məsələsi dayanır. Əhalinin həssas kateqoriyasından olan insanlarla bağlı aparılan tədbirlər isə bu siyasətin prioritetini təşkil edir. Belə ki, məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi üçün ardıcıl tədbirlər görülür. Eyni zamanda, məcburi köçkünlər sosial, tibb, təhsil, nəqliyyat, mənzil-kommunal və digər sahələrdə güzəştlərdən istifadə edirlər.

Birinci vitse-prezident xanım Mehriban Əliyevanın məcburi köçkün gənclərlə bağlı məsələlərə xüsusi həssaslıqla yanaşdığı, onların sağlamlığı, təhsili, sosial problemlərinin həlli, mədəni inkişafı üçün zəruri şəraitin yaradılmasına böyük qayğı göstərdiyi qeyd edilib.

Diqqətə çatdırılıb ki, ölkəmizin təhlükəsizliyinin təmin edilməsində, ərazi bütövlüyünün müdafiəsində gənclərin mühüm rolu vardır. 44 gün davam edən Vətən Müharibəsi dövründə gənclərimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi sıx birləşib, işğalçı Ermənistan üzərində parlaq zəfərin əldə olunmasına misilsiz töhfələr veriblər. Tarixi Qələbədə böyük rolu olan gənclər işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında və dirçəlməsində də fəal iştirak edəcəklər.

Daha sonra, Xocalı rayonundan Canəli Məmmədov, Laçın rayonundan Orxanpaşa İbadov, Cəbrayıl rayonundan Lalə Novruzova, Ağdam rayonundan Anar Əsgərov, Zəngilan rayonundan Xəzər Bağırov çıxış ediblər. Onlar Gənclər Gününü artıq məcburi köçkün kimi deyil, ərazisi işğaldan azad olunmuş rayonların sakini kimi qürurla qeyd etdiklərini məmnunluqla bildiriblər. Bu qüruru və sevinci onlara yaşatdığına görə Prezident İlham Əliyevə təşəkkür edən gənclər işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini, əzmkarlıq göstərəcəklərini vurğulayıblar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar