Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Keçmiş nazirin oğlunun xaricdəki şirkətləri

Tarix: 01-02-2021 14:17     Baxış: 3205 A- / A+
 Keçmiş nazirin oğlunun xaricdəki şirkətləri


Tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlu Eldar Abbasovun xaricdəki varidatı haqda ilginc məlumatlar paylaşıb.

Manevr.az sfera.az-a istinadən xəbər verir ki, o, keçmiş nazir oğlunun İsveçrədəki şirkəti haqda bunları yazıb:

"Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun oğlu Eldar Abbasovun İsveçrədəki şirkəti - LENDED AG 50 000 frank nizamnamə kapitalı ilə 2018-ci il sentyabrın 13-də qeydiyyatdan keçib. Şirkət (qeydiyyat nömrəsi CH-170.3.042.824-2) informasiya texnologiyaları sahəsində fəaliyyət göstərir, İsveçrənin Zug şəhəri, Bahnhofstraße 32 ünvanında hüquqi qeydiyyatdadır.”

Cavanşir Həsənli bildirib ki, 2019-cu ildə şirkətin nizamnamə kapitalı iki dəfə artılaraq 100 min franka (təxminən 200 min manat) çatdırılıb və CAPİTERA AG adı ilə yenidən qeydiyyatdan keçib. Səhmdar Cəmiyyətdə keçmiş nazirin oğlunun ortağı Peter Szakolczai adlı Macarıstan vətəndaşıdır.

"Eldar Abbasov Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutur, keçmiş "Azərenerji"nin rəhbəri Etibar Pirverdiyevin kürəkənidir. Bundan əvvəl Eldar Abbasovun Türkiyədə nizamnamə kapitalı 1 milyon lirə olan şirkəti üzə çıxmışdı. Onun Londonda 4 şirkəti də (INFIPRO LIMITED, JDE CAPITAL LTD, JDE TRADING LIMITED və BITTOP LIMITED) fəaliyyət göstərib, bunlardan yalnız həyat yoldaşının adına rəsmiləşdirilmiş JDE TRADING LIMITED hazırda fəaliyyətini davam etdirir”,- deyə tədqiqatçı jurnalist fikrini yekunlaşdırıb.

 Keçmiş nazirin oğlunun xaricdəki şirkətləri
 Keçmiş nazirin oğlunun xaricdəki şirkətləri
 Keçmiş nazirin oğlunun xaricdəki şirkətləri
 Keçmiş nazirin oğlunun xaricdəki şirkətləri

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar

MyCounter - счётчик и статистика