Xəbər lenti
"Şou göstərmək lazım deyil: Qələbəmizi gözdən salmayın"
Dünən rus sülhməramlılarının Ağdərədən Kəlbəcərə gedən yük maşınlarımızı əraziyə buraxmaması ilə bağlı video yayılmışdı. Sözsüz ki, görüntülər cəmiyyətdə birmənalı qarşılanmadı və sosial şəbəkə istifadəçiləri öz etirazlarını bildirdilər.
Manevr.az xəbər verir ki, Əməkdar jurnalist Azər Həsrət sözügedən paylaşıma öz münasibətini bildirib:
"Etməyin belə! Gözdən salmayın qələbəmizi!
Dünəndən sosial mediada bir video paylaşılır. Ağdərədən Kəlbəcərə gedən yük maşınlarımızı rus sülhməramlıları əraziyə buraxmır. Və səs də var. Deyir ki, baxın, öz torpağımızda hərəkət edə bilmirik. İlk baxışdan istənilən şəxsə pis təsir edən bir görüntüdür. Ona görə də geniş tirajlanır və ardınca da marığa yatmış fürsətçilər Azərbaycan dövləti, özəlliklə də Prezident İlham Əliyevə hücuma keçir. Ki, görürsünüz, torpaqlarımızı ruslara satıbmış!
Ayıb deyilmi? Nə satılması? Siz bir maraqlandınızmı o yük maşınları ora necə gedib çıxıblar? Sülhməramlılardan xoşumuz gəlməsə də hazırda ərazi onların nəzarətindədir. Özü də Azərbaycan dövlətinin istəyi ilə. Yəni dövlət onlara bu səlahiyyəti verib. Verdiyi üçün də ərazidəki hərəkət onların xəbəri və izni olmadan mümkün deyil. İndi sual edirəm: o maşınlarımız ora gedərkən sülhməramlılarla razılaşmaları vardımı? Əminəm ki, yoxdu. Ona görə də əraziyə buraxılmırlar. Halbuki oradan keçməzdən öncə bununla bağlı uyğun xəbərdarlıq edilməli idi. Demək ki, edilməyib. Necə olur ki, Şuşaya bütün yükləri ermənilərin yaşadığı və sülhməramlıların nəzarətində olan ərazilərdən daşıyırıq, Kəlbəcərə daşıya bilmərik? Bunun da bir yönü-yöntəmi var da. Şou göstərmək, heç bir səbəbsiz Azərbaycan Prezidentini hədəfə gətirmək lazım deyil. Qayda-qanun var, zəhmət çəkin, o çərçivədə hərəkət edin. Onda heç bir problem olan deyil. Hə, bir də bir az səbrli olun. Şuşaya Azərbaycan bayrağının sancılmasını təmin etmiş Müzəffər Ali Baş Komandan tezliklə bunu Xankəndində də gerçəkləşdirəcək. Sadəcə bəzi qüvvələr əl-ayağa dolaşmasın, yetər..."
Həmin videonu əlavə edirik:
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar