Xəbər lenti
“Bizə qoşul və xilas et” layihəsi çərçivəsində "Həll olunmayan bir problem digər problemin astanasıdir" adlı onlayn seminar keçirilib
Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi" çərçivəsində icra edilən “Bizə qoşul və xilas et!” layihəsi çərçivəsində Microsoft TEAMS proqramı vasitəsilə "Həll olunmayan bir problem digər problemin astanasıdir" adlı onlayn seminar keçirilib.
Onlayn seminarda Ağsu rayon məktəblərində təhsil alan 30-dan artıq şagird və müəllimələr iştirak edib. Layihə rəhbəri, Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin biologiya müəllimi Ziba Məmmədova layihənin məqsədi və layihə çərçivəsində həyata keçirilən işlər barədə ətraflı məlumat verib. Tədbirdə iştirak edən Ailə xilaskarlari könüllü klubunun üzvləri tərəfindən hazırlanmış videoçarx nümayiş olunub. Seminarda iştirak edən müəllimlər və könüllü gənclər mövzu ətrafında fikir mübadiləsi aparıblar.
Tədbirin sonunda layihə çərçivəsində təşkil olunmuş yazı müsabiqəsinin nəticələri və müsabiqə qalibləri elan olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar