Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Gömrük Akademiyası ixtisasartırma təlimlərini onlayn davam etdirir

Tarix: 29-01-2021 12:01     Baxış: 3197 A- / A+
Gömrük Akademiyası ixtisasartırma təlimlərini onlayn davam etdirir

Dövlət Gömrük Komitəsi sisteminə daxil olan gömrük orqanlarının vəzifəli şəxslərinin peşə və ixtisas biliklərini artırmaq, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə gömrük orqanlarının vəzifəli şəxsləri üçün xidmətə ilkin hazırlıq təlimlərinin davam etdirilməsi haqqında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev müvafiq sərəncam imzalayıb.
Belə ki, DGK sədrinin "Gömrük orqanlarının vəzifəli şəxsləri üçün ixtisasartırma təlimlərinin keçirilməsi haqqında" müvafiq sərəncamına əsasən təlimlər 25 yanvar - 16 fevral 2021-ci il tarixlərində xüsusi karantin rejimi nəzərə alınaraq onlayn formada davam etdirilir. Bununla yanaşı, gömrük orqanlarının qarşısında qoyulmuş vəzifələrin icrası çərçivəsində gömrük orqanlarının əməkdaşlarına yeni biliklərin verilməsi, bacarıqların və səriştələrin aşılanmasını təmin etmək məqsədilə Komitə sədrinin sərəncamı ilə Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin strukturuna daxil olan şöbələrin əməkdaşları üçün 26-28 yanvar 2021-ci il tarixlərində "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları" üzrə onlayn formada ixtisasartırma təlimləri keçirilib.

Dövlət Gömrük Komitəsinin Akademiyası tərəfindən təşkil olunan təlimlər müvafiq tədris proqramına uyğun olaraq təlim cədvəli əsasında aparılır. Gömrük rəsmiləşdirilməsi, gömrük qanunvericiliyi, Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) ilə iş, ticarətin asanlaşdırılması, gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti və gömrük işinin digər fəaliyyət istiqamətlərini əhatə edən mövzular tədris olunur.
Təlimlərin onlayn təşkil olunması ilə əlaqədar olaraq mövcud təlim proqramlarının məzmununa müvafiq dəyişikliklər edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar