Xəbər lenti
Azərbaycan İlahiyyat İnstitutunda “Bədən dili” mövzusunda onlayn vebinar keçirilib
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Tələbə Elm Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “Bədən dili” mövzusunda onlayn vebinar keçirilib.
Vebinarda açılış nitqi ilə çıxış edən Aİİ TEC-in sədri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı bildirib ki, TEC tələbələrin asudə vaxtlarının səmərəli təşkili, onların ideya və təkliflərinin reallaşması üçün müxtəlif layihələrdə və maarifləndirici seminarlarda iştirakına xüsusi diqqət yetirir.
İnstitutun üçüncü kurs tələbəsi Orxan Abışlı fərdlərin öz fikirlərini qarşı tərəfə çatdırılmasında bədən dilinin önəmindən, ondan düzgün istifadə qaydalarından danışıb.
Daha sonra Aİİ-nin İlahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov qeyd edib ki, vebinarın əsas məqsədi gənclərə şəxsi və peşəkar fəaliyyətlərində bədən dilindən düzgün istifadəni öyrətməkdir. Həmçinin tədbirin mövzusu bədən dilinin insan həyatındakı əhəmiyyəti barədə gəncləri maarifləndirməkdir.
Vebinarda jest və mimikadan istifadə; effektiv ünsiyyət üçün düzgün səs tonundan və göz təmasından istifadə kimi mövzular ətrafında söhbət açılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar