Sizin Reklam Burada
Xəbər lenti
01-02-2026
31-01-2026
BÜTÜN XƏBƏRLƏR

Səhiyyə işçiləri peyvəndləməyə məcbur edilir? - TƏBİB-dən CAVAB

Tarix: 27-01-2021 10:14     Baxış: 3229 A- / A+
Səhiyyə işçiləri peyvəndləməyə məcbur edilir?


Yerli media və sosial şəbəkələrdə yayılan məlumatlara görə, səhiyyə işçiləri peyvəndləməyə məcbur edilir. Məcbur edilən tibbi heyət arasında isə vəziyyəti pisləşənlər də var.

Manevr.az-ın məlumatına görə, lent.az-ın mövzu ilə bağlı sorğusuna cavab olaraq TƏBİB-dən (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) bildirilib ki, peyvəndləmə məcburi deyil:

"Ölkədə aparılan peyvəndləmə prosesi könüllü və dövlət hesabınadır".

Xatırladaq ki, birinci mərhələdə səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər və hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyətin iştirakı nəzərdə tutulub.

2-ci mərhələyə isə fevralın 1-dən başlanacaq və tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar), 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər, təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi, yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan - milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər iştirak edəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar