Sizin Reklam Burada
Xəbər lenti
26-04-2024
25-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərişıq” ASC və ilə “Azəriqaz” İB strateji əməkdaşlıq üzrə memorandum imzaladı

Tarix: 25-01-2021 20:14     Baxış: 6148 A- / A+
“Azərişıq” ASC və ilə “Azəriqaz” İB strateji əməkdaşlıq üzrə memorandum imzaladı

Bu gün “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə “Azəriqaz” İstehsalat Birliyi arasında strateji əməkdaşlıq üzrə memorandum imzalanıb. Videoformatda keçirilən tədbirdə memorandumu “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev imzalayıblar.
Hər iki qurumun rəhbər şəxsləri imzalanmadan öncə kommunal sektorda əməkdaşlığın zəruriliyinə toxunublar və bu təşəbbüsün də abonent məmnuniyyətinə hesablandığını vurğulayıblar. Bildirilib ki, hər iki qurumun kifayət qədər təcrübəyə sahib mütəxəssisləri var. Onlar kommunal sektorda ortaya çıxa biləcək problemləri əvvəlcədən proqnozlaşdırmaqla, müvafiq tədbirlərin görülməsi istiqamətində birgə səy göstərə bilərlər. Beləliklə, qarşılıqlı fikir və informasiya mübadiləsi gələcək fəaliyyət üçün çox faydalı ola bilər.
“Azərişıq” ASC və ilə “Azəriqaz” İB strateji əməkdaşlıq üzrə memorandum imzaladı

Qeyd edək ki, strateji əməkdaşlıq üzrə memorandum gələcəkdə vahid mənbədən idarə edilməklə vahid kommunal idarəetmə funksiyalarının formalaşdırılması, şəbəkəyə qoşulmanın əlçatanlığı və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsini nəzərdə tutur. Bundan başqa Vətən müharibəsinin nəticəsi olaraq işğaldan azad edilmiş ərazilərdə daha operativ yanaşmanın təmin edilməsi istiqamətində də birgə fəaliyyət planının işlənilməsi nəzərdə tutulur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar