Xəbər lenti
Təhsil naziri olanda sahəni batırmadımı, iqtisadiyyat naziri olub nə edib? - Əməkdar jurnalistdən "tərs sual"
Azər Həsrət
Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin sərəncam ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb və iqtisadiyyat naziri Mikayıl Cabbarov sözügedən quruma sədr təyin edilib. Qeyd edək ki, Mikayıl Cabbarov son illər təhsil naziri, vergilər naziri, indi isə iqtisadiyyat naziri olaraq əvəzedilməz kadr imici qazanıb.(!)
Manevr.az xəbər verir ki, bu barədə Əməkdar jurnalist Azər Həsrət maraqlı status paylaşıb:
"SOCAR yavaş-yavaş Rövnəq Abdullayevdən təmizlənir. Supermən Mikayıl Cabbarov bu işə də baxacaq. Baxsın. Ondan başqa kadr yoxdur ki, ölkədə. Hə, deyəcəklər ki, Prezident ona güvənir. Güvənsin. Amma bu adamın başımıza bəla olmayacağına kim təminat verir? Təhsil naziri olanda sahəni batırmadımı? Batırdı. İqtisadiyyat naziri olub nə edib? Hələ ki, nəsə hiss etmirik. Ölkədə bahalaşma var? Var. İş yerləri çökübmü? Çöküb. İndi kimsə deyəcək ki, koronavirusa görədir. Ola bilər. Elə isə bəs adicə 190 manatı niyə düz-əməlli bölüb-paylaşıb kasıb və ehtiyac içində olan insanlarımızı razı sala bilmədi bu supernazir? Bir də kimsə durub düşünər ki, bu yazımla Rövnəq Abdullayevə qahmar çıxıram. Əsla! Rövnəq çoxdan təmizlənməli idi, lap çoxdan. Bu adam vəzifə başında olduğu, ona qədər lap elə deputat olduğu dönəmdə həmişə Prezident İlham Əliyevin reytinqinə mənfi gətirib. Ən zərərli, xirtdəyə kimi korrupsiya içində olan birisidir. Belə anlaşılır ki, Prezident İlham Əliyev indiki tərtiblə onu tərtəmiz təmizləyib yola salmaq yolu tutub. Bunu alqışlayırıq. Lakin bir daha deyirik, ölkədə Mikayıl Cabbarovdan başqa və daha bacarıqlı kadrlar minlərlədir. Həm də əsl dövlət təfəkkürünə sahib kadrlar. Mikayıl və dəstəsinə aid olanlar isə Azərbaycanı düz-əməlli tanımırlar belə. Fürsət düşən kimi də bir-birilərilə rus dilində danışırlar. Prezident İlham Əliyevdən fərqli olaraq..."
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar