Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat Müşfiq Məmmədli Sumqayıtdakı Şəhidlər Xiyabanını ziyarət etdi - ŞƏKİLLƏR

Tarix: 20-01-2021 19:06     Baxış: 3353 A- / A+
Deputat Müşfiq Məmmədli Sumqayıtdakı Şəhidlər Xiyabanını ziyarət etdi - ŞƏKİLLƏR

Bu gün tariximizə Qanlı Yanvar kimi daxil olan, milli oyanışımızın, özgürlük savaşımızın qələbə çaldığı, müstəqilliyimizin, azadlığımızın təməli qoyulan 20 Yanvar hadisəsinin 31-ci il dönümüdür.

Manevr.az bildirir ki, aradan 31 il ötməsinə baxmayaraq, nə o tarixi faciə, nə də həmin gün şəhid olan soydaşlarımız unudulmur. Aralarında yeniyetmə və uşaqların da olduğu şəhidlər hər zaman xatırlanır və ehtiramla anılır. Hər il olduğu kimi bu il də insanlar şəhidləri ziyarət etmək üçün Şəhidlər Xiyabanına axışır. Paytaxt Bakıda və regionlarda şəhidlərə həsr olunmuş tədbirlər həyata keçirilir. Şəhidləri yad etmək hər birimizin müqəddəs borcudur. Müxtəlif təbəqədən olan insanların xiyabanlara axını bir daha göstərir ki, şəhidlər unudulmur və unudulmayacaq.
Bu gün Sumqayıtdakı Şəhidlər Xiyabanında da izdiham yaşandı. Qədirbilən insanlarımız şəhidlərimizi yad etdi, onların ruhlarına dualarını əsirgəmədi.
44 saylı Sumqayıt – Xızı seçki dairəsindən deputat seçilən, Milli Məclisin Səhiyyə, Elm və Təhsil komitələrinin üzvü Müşfiq Məmmədli də bu gün sumqayıtlı həmkarları və bir qrup dövlət məmurları ilə birlikdə Sumqayıtdakı Şəhidlər Xiyabanını ziyarət edib. Millət vəkili şəhidlərin xatirəsini yad etmək üçün məzarıları üstə gül dəstələri və əklil qoyub. Şəhidlərin ruhuna dualar oxuyan deputat, Vətən uğrunda canından keçən hər bir şəhidimizin ruhları qarşısında baş əydiyini və Allahdan onlara rəhmət dilədiyini bildirib.

Sevinc Qərib
Manevr.az
Deputat Müşfiq Məmmədli Sumqayıtdakı Şəhidlər Xiyabanını ziyarət etdi - ŞƏKİLLƏR
Deputat Müşfiq Məmmədli Sumqayıtdakı Şəhidlər Xiyabanını ziyarət etdi - ŞƏKİLLƏR
Deputat Müşfiq Məmmədli Sumqayıtdakı Şəhidlər Xiyabanını ziyarət etdi - ŞƏKİLLƏR
Deputat Müşfiq Məmmədli Sumqayıtdakı Şəhidlər Xiyabanını ziyarət etdi - ŞƏKİLLƏR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar