Xəbər lenti
20 Yanvar faciəsi Kolumbiya mətbuatında
Kolumbiyanın nüfuzlu "El Expediente" xəbər portalında köşə yazarı Roberto Trobaxonun 20 Yanvar faciəsinə həsr edilmiş "Qara yanvar" sərlövhəli yazısı dərc olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib ki, yazıda Ermənistanın ərazi iddiaları ilə bağlı sovet rejiminin ədalətsiz mövqeyinə qarşı dinc şəkildə etiraz edən və Azərbaycanın müstəqilliyini tələb edən Bakı sakinlərinin üzərinə Sovet İttifaqının o zamankı rəhbəri Mixail Qorbaçovun göstərişi ilə qoşun göndərildiyi və bu zaman çoxlu sayda mülki azərbaycanlının, o cümlədən qadın və uşaqların qətlə yetirildiyi qeyd olunur.
Müəllif Human Rights Watch təşkilatının "Azərbaycanda Qara Yanvar" adlı hesabatından sitat gətirərək sovet qoşunlarının mülki azərbaycanlılara qarşı qeyri-mütənasib güc tətbiqinin kollektiv cəzalandırma olduğunu və bunun digər sovet respublikaları üçün də xəbərdarlıq məqsədi daşıdığını bildirir.
Sonda bütün bu qəddarlıqlara baxmayaraq, Azərbaycan xalqının haqlı mübarizəsindən əl çəkmədiyi və öz müstəqilliyinə nail olduğu deyilir.milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar