Xəbər lenti
Azərbaycanlı deputat Lavrova cavab verdi: “Yalan danışırsan!”
Rusiyanın xarici işlər naziri Sergey Lavrov növbəti dəfə Azərbaycana qarşı qərəzli açıqlamaları ilə diqqət çəkib
Lavrov Xocavənddə saxlanılan 62 nəfər erməni diversantı hərbi əsir hesab edərək, əsirlərin “hamının-hamıya” prinsipi ilə dəyişdirilməsini, Qarabağın yekun statusunun gələcəkdə həll olunmasını, Ermənistanın dövlət rəsmilərinin Qarabağa səfər edən zaman rəsmi Bakıdan icazə almasının ehtiyac olmadığını vacib sayıb.
Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov bildirib ki, Sergey Lavrov əvvəlki ampluasında qərəzli fikirlərinin cəmiyyətə sırımağa başlayıb:
“O, aradabir masklanır, danışmır. Lazım gələndə isə ürəyində saxlaya bilmədiyi qərəzi, içindəki kini üzə çıxarır. Lavrov deyib ki, gələcəkdə Dağlıq Qarabağın statusuna baxılacaq, bu, onu göstərir ki, həmin məsələ hələ də gündəmdədir. Bir tərəfdən də Lavrov erməni rəsmilərinə məsləhət verir ki, düşünülməmiş bəyanatlar səsləndirməsinlər.
Ona demək lazımdır ki, bu illər ərzində düşünülməmiş bəyanatları elə sən özün vermisən. Lavrov yenə yalan, yanlış fikirlər səsləndirməyə başlayıb.
Lavrov deyib ki, erməni rəsmilərinin Qarabağa icazəsiz gəlib-getməsində qəribə heç nə yoxdur. Onun dediyindən belə mənaya gəlinir ki, Laçın dəhlizi Ermənistana bağışlanılıb, onlar da istədikləri vaxt Qarabağa gəlib-gedəcəklər.
Sergey Lavrova bildirmək lazımdır ki, belə deyil. Heç kim demir ki, Dağlıq Qarabağda yaşayan ermənilərin Ermənistan ilə əlaqəsi kəsilsin. Yox, Azərbaycan deyir ki, Dağlıq Qarabağ mənim ərazimdir, sərhəddimi keçən məndən icazə almalıdır.
Cənab prezidentimiz də hər çıxışında bildirib ki, status məsələsi cəhənnəmə, gora getdi. Heç vaxt da Dağlıq Qarabağın ayrıca statusu olmayacaq, Azərbaycan sərhəddini keçən hər bir şəxs icazə alacaq. Bu get-gəllər müvəqqətidir, bunun da qarşısı alınacaq”.
Deputatın sözlərinə görə, Sergey Lavrov özünə sərf edənləri danışır:
“Sergey Lavrov diplomatiya sahəsini də, qanunları da gözəl və dərindən bilən birisidir. Ancaq ona sərf eləyən fikirləri səsləndirir. Çox yaxşı məlumdur ki, azad olunmuş ərazilərdə tutulan ermənilər noyabrın 10-da imzalanan bəyənatdan sonra terror aktı törətmək üçün göndəriliblər. Azərbaycan ərazisində düşmən paltarında, əlində silah tutulursa, o terrorçu, təxribatçıdır. Həmin şəxslər tutulduğu zaman terrorçu kimi Azərbaycan qanunları əsasında mühakimə olunacaqlar.
“Hamının-hamıya” prinsipi müharibə zamanı əsir götürülmüş şəxslərə aiddir, atəşkəsdən sonra saxlanılan diversantlara yox!”. modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar