Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni Agentliyin yaradılması mediaya necə təsir edəcək... - Açıqlama

Tarix: 13-01-2021 13:03     Baxış: 4183 A- / A+
Yeni Agentliyin yaradılması mediaya necə təsir edəcək... - Açıqlama

Ötən gün Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilib.


Beləliklə, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun hüquq və öhdəlikləri, habelə əmlakı Agentliyə keçib.

Manevr.az xəbər verir ki, bizimyol.info-ya açıqlaması zamanı əməkdar jurnalist Qulu Məhərrəmli bildirib ki, Agentlik üç istiqamətdə hərəkət edəcək. Onun sözlərinə görə, ən azı son 1 ildir ki, Azərbaycanda hamı müəyyən islahatların, dəyişikliklərin olmasını gözləyir. Bu baxımdan KVDF-nin bazasında yeni qurumun yaradılması müsabət hadisədir.

“Medianın, internet saytlarının fəaliyyətinin tənzimlənməsi daha çox dövlət siyasətini gerçəkləşdirməsi üçün nəzərdə tutulur. O cümlədən Azərbaycan mediasının bugünkü inkişaf istiqamətlərini müəyyən etmək, onu müasir platfomaya çıxartmaq, innovasiyalar təqbiq etmək, yüksək peşə standartlarına gətirmək, media təhsili, ixtisasartırma fəaliyyəti nəzərdə tutulur.

Agentlik üç istiqamətdə hərəkət edəcək. Birincisi qanunverici bazanın möhkəmləndirilməsidir. Söhbət KİV haqqında qanunun yenilənməsindən, media qanunvericiliyi ilə bağlı məsələrin həll olunmasıdan gedir.

İkincisi medianın maddi-texniki bazasını, maliyyələşdirilmə problemlərini həll etməlidir. Üçüncüsü isə jurnalistlərin peşə fəaliyyətinin gerçəkləşdirilməsi üçün lazımi şəraitin yaradılmasıdır. Çünki indi çox ciddi problemlər var. Həm KİV haqqında qanunda qanunda süni şəkildə müəyyən boşluqlar yaranıb, həm də o qədər dəyişiklik aparılıb ki, qanun tanınmaz hala salınıb. Medianın özündə hüquq pozuntuları, etik qaydaların pozulması, şəxsi qərəzçilik, media qurumunun qisas vasitəsinə çevrilməsi, şəxsi həyata müdaxilə bunlar hamısı artıb və göz qabağındadır. Ona görə də, burada nizam yaratmaq çox önəmlidir. Əlbəttə ki, bütün hallarda tənzimləmə və ya nizam yaratmaq qətiyyən mətbuat azadlığına, jurnalistlərin şəxsi yaradıcılığına, medianın öz funksiyasını yerinə yetirməyinə qətiyyən mane olmamalıdır.

Maliyyələşdirilmə ilə bağlı məsələ həssas məqamdır. Bizim media təəssüf ki, son illərdə “vitamin”ə alışmış bir vəziyyətdədir, çünki həmin pul ayrılmasa medianın fəaliyyəti iflic olar. İndi elə müans qoyulmalıdır ki, media həm öz işini görə bilsin, həm də iqtisadi cəhətdən asılı olmasın”.

Qulu Məhərrəmlinin sözlərinə görə, qonşu ölkələr və dünya təcrübəsindən bəhrələnmək işində agentlik mediaya köməklik edə bilər.

“Nizamnamədə peşəkarlıq, ixtisas, kadr təminatı məsələləri nəzərdə tutulub. Elə hesab edirəm ki, media təhsili ilə bağlı təkliflər ortaya çıxa bilər. Qarabağ müharibəsi də göstərdi ki, bizdə sahələr üzrə ixtisaslaşma çox məhduddur. Keyfiyyətli məhsul ortaya çıxardan jurnalistlərimizin sayı azdır. Bu sahədə qonşu ölkələr və dünya təcrübəsindən bəhrələnmək işində agentlik mediaya köməklik edə bilər.

Heç bir halda dövlət qurumu mətbuat azadlığına müdaxilə etməməlidir. Ümumiyyətlə medianın gələcəyi alternativ mediadan asılıdır. Bir boyda, bir biçimdə media qurumlarının olması nə cəmiyyətin, nə də hakimiyyətin xeyrinə deyil. Ona görə də, həm medianı inkişaf etdirməli, həm də onun müstəqilliyini qorumalıyıq. Düşünürəm ki, agentlik də bu istiqamətdə çalışmalıdır”,- deyə bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar