Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Gürcüstanda etirazçılarla polis arasında qarşıdurma - Xəsarət alanlar var

Tarix: 03-02-2017 18:17     Baxış: 3288 A- / A+
Gürcüstanda etirazçılarla polis arasında qarşıdurma


Gürcüstanın Rustavi şəhərində polislə etirazçılar arasında qarşıdurma olub.

APA-nın verdiyi məlumata görə, qarşıdurma “Rustavi Azot” kimya zavodunun işsiz qalan əməkdaşlarına dəstək məqsədi ilə keçirilən yürüş zamanı baş verib.

Aksiyada tələbələr, həmkarlar təşkilatlarının nümayəndələri və “Azot” zavodunun keçmiş işçiləri iştirak ediblər. Şartava meydanından başlayan aksiya şəhərin mərkəzi küçəsində yürüşlə davam etdirilib, nəticədə yolda nəqliyyatın hərəkəti dayandırılıb. Polisin müdaxilə cəhdi qarşıdurma ilə nəticələnib.

Bildirilir ki, insident zamanı aksiya iştirakçıları və polis əməkdaşları xəsarət alıblar. Polis müdaxiləsinə rəğmən, aksiya dayandırılmayıb. İştirakçılar meriya binasına doğru irəliləyirlər.

Qeyd edək ki, “Rustavi Azot” zavodunun yeni rəhbərliyi müəssisədə ixtisarlar aparıb. Nəticədə ötən ay 2010 əməkdaşla müqavilələr yenilənib, 340 nəfər isə ixtisara düşüb. Müəssisə direktorunun müavini İosif Qozalişvili faktı təsdiqləyib və bildirib ki, şirkət işsiz qalan şəxslərə 3 ay ərzində 1500 lari təzminat ödəyəcəyini bəyan edib. Lakin bu vəd işsiz qalanları qane etmədiyindən onlar etiraz aksiya keçirməyi üstün tutublar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar