Xəbər lenti
Şəhid qardaşı danışdı: Məşqə tələsirəm deyən mənim qardaşım deyil - ÖZƏL AÇIQLAMA
Dünəndən sosial şəbəkələrdə “məşqə gecikirəm” deyən gəncin şəhid olduğu barədə məlumat və foto paylaşılıb.
Fotoda həmin gənclə bərabər ona bənzəyən bir şəhidin fotosu da paylaşılıb və həmin gəncin olduğu bildirilir.
“Yeni Gündəm”in araşdırmasından sonra “məşqə gecikirəm” deyən gəncin şəhid olmadığı, ona bənzəyən başqa bir şəhidimizin olduğu ortaya çıxıb.
Belə ki, şəkildə olan şəhidimiz Samux rayonundan olan Vüsal Allahverdiyevdir.
Bununla bağlı şəhid Vüsal Allahverdiyevin qardaşı Sərxan Allahverdiyev “Yeni Gündəm”-ə danışıb.
“Xəbərlərdə paylaşılan şəkildəki şəhid mənim qardaşımdır. Sosial şəbəkələrdə bir müddət əvvəl “məşqə gecikirəm” deyən gəncin şəhid olduğu bildirilib, lakin mənim qardaşımın fotosu paylaşılıb. Bildirmək istəyirəm ki, mənim qardaşım heç zaman Bakıda olmayıb, görüntülər isə 20 yanvarda çəkilib.
Şəhid ailəsi olaraq bu xoşagəlməz hal bizi üzür. Dəqiqləşdirilməmiş məlumat isə sosial şəbəkələrdə və səhifələrdə paylaşılıb.
Bir daha qeyd edirəm ki, həmin məlumatlar tamamilə yalnışdır, “məşqə gecikirəm” deyən qardaş da sağ-salamatdır. Bir şəhid qardaşı olaraq, mənim də istəyim yalan məlumatların hər yerdən yığışdırılmasıdır.”
Qeyd edək ki, bir çox sosial şəbəkələrdə “məşqə gecikirəm” deyən gəncin guya şəhid olduğu barədə məlumat yayılmışdı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar