Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

İcra başçısını müdafiə edən, vətəndaşı təhqir edən qadın kimdir? - ŞOK SƏS YAZISI

Tarix: 08-01-2021 20:57     Baxış: 3178 A- / A+
İcra başçısını müdafiə edən, vətəndaşı təhqir edən qadın kimdir?

Nəsimi rayonunda vətəndaşın evinin qanunsuz olaraq sökülməsi və tanımadığı bir qadın tərəfindən şantaj olunması barədə məlumat vermişdik. İndi həmin qadınla bağlı maraqlı faktlar ortaya çıxıb.

Əvvəlcə vətəndaşın evinin sökülməsi məsələsini xatırladaq:

Belə ki, Nəsimi rayonunda yaşayan Mansur Ələkbərovun evi qanunsuz olaraq sökülüb. Vətəndaş deyir ki, bu özbaşınalıqda birbaşa günahkar Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur.

Narazı vətəndaş qeyd edir ki, evinə ödənən kompensasiya ilə razı olmadığı halda, məhkəmə qərarı olmadan mülkiyyəti dağıdılıb.

Tikintini aparan şirkət kimi "Marin Grup" və "Gloria Palace" göstərilir. Adı çəkilən şirkətlərdən hansının tikintiyə və söküntüyə nəzarət etdiyini vətəndaş özü də bilmir.

İşin çox ilginc bir tərəfi var. Belə ki, Mansur Ələkbərov deyir ki, ev məsələsi ilə bağlı problemlər ortaya çıxan zaman həmin ərazidə yaşayan Surə adlı qadın onu təxribata çəkib. Kompensasiya ilə razılaşmadığı üçün ona təzyiqlər etməyə başlayıb.

Surə adlı qadın vətəndaşa niyə təzyiq etməlidir ki, tikinti şirkətinin şərtləri ilə razılaşsın?

Surə Vedili adlı bu xanım mübahisə zamanı hətta Mansur Ələkbərovu vuraraq ona bədən xəsarətləri də yetirib. Bununla bağlı polis şöbəsində araşdırma da aparılır.

Hadisəni daha da ilginc edən Surə Vedilinin bundan sonra da təzyiqlərindən əl çəkməməsidir. Bu dəfə Mansur Ələkbərova səs göndərməyə onu təhqir etməyə, hədə-qorxu gəlməyə başlayıb.

Ən əsası isə icra başçısı Asif Əsgərovun müdafiəsinə qalxıb. Mansur Ələkbərovu icra başçısının adını çəkdiyi üçün təhqir edib.

Surə Vedili əminliklə vətəndaş Mansur Ələkbərova deyib ki, sənin evini yaxşı edib söküblər və bundan sonra heç nə əldə edə bilməyəcəksən.

Bu məsələdən sonra Surə Vedili barəsində kiçik bir araşdırma apardıq. Məlum oldu ki, Surə Vedili "Qorqud" nəşriyyatının rəhbərinin qızıdır.

Onun əsl soyadı Əhmədovadır. Atasının adı isə Əhməddir. Onun qardaşı Qələbə Əlillər Cəmiyyətinin sədri Mehdi Vedilidir.

Surə Vedili daha əvvəl sahibləri olduğu maşınyuma məntəqəsindəki hadisə ilə gündəmə gəlmişdi. Jurnalist Aynur Elgünəşin həmin maşınyuma məntəqəsində avtomobilinə ziyan dəymişdi. Surə Vedili yaranmış problemi həll etmək əvəzinə jurnalistə hücum çəkərək, onu hədələyərək, maşının altına adam atdıraraq tutduracağını demişdi.

Aşağıda təqdim etdiyimiz video materialda Surə Vedilinin Mansur Ələkbərova göndərdiyi səsyazılarını dinləyə bilərsiniz. musavat.com

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar