Xəbər lenti
Ermənistandan Qarabağa əsgər qaytarmaq cəhdi: valideyinlər yolu bağladı
Hərbi əməliyyatların dayandırılmasından sonra Dağlıq Qarabağdan məzuniyyət üçün Ermənistana qaytarılan əsgərlərdən bir qrupuna yenidən bu ərazilərə qaytarılacaqları haqda xəbərdarlıq edilib. Nəticədə onların valideyinləri etiraz olaraq Yerevanda Hərbi İnstitutun qarşısında etiraz aksiyası keçiriblər. Və yolu bağlayıblar.
Erməni KİV xəbər verir ki, institutun qarşısına toplaşan onlarla valideyin övladlarının xidmətə Ermənistanda davam etməsinin təmin olunmasını tələb ediblər və onların yenidən Dağlıq Qarabağa qaytarılmasına yol verməyəcəklərini deyiblər.
“Bizə həmin gün sözbə söz belə demişdilər ki, Rusiya və Azərbaycan əsgərlərimizi Qarabağda xidmət etməyə buraxmır. Biz dedik ki, yaxşı, qoy püşkatma keçirilsin və uşaqlar Ermənistanda xidmət etsinlər. İndi isə deyirlər ki, yox, onlar yenidən Qarabağa qayıtmalıdır. Uşaqlardan heç biri bunu istəmir və biz də buna yol verməyəcəyik”,-aksiya iştirakçılarından biri jurnalistlərə deyib.
Digər əsgər atası isə bildirib ki, onun oğlu Qarabağa hərbi xidmətə ötən ilin yayında göndərilib və cəmi 4 ay xidmət keçəndən sonra müharibə başlayıb. Və o, müharibənin bütün dəhşətlərini yaşayıb. Və indi o, yenidən Qarabağa qayıdıb bu dəhşətləri təkrar yaşamaq istəmir. Daha bir aksiya iştirakçısı isə bildirib ki, müharibə faktiki olaraq bitməyib və hərbi əməliyyatların dayandırılmasından sonra da əsir götürülənlər, öldürülənlər var.
“Bizə heç kim qarantiya vermir ki, uşaqlarımız Qarabağa qədər salamat gedib çata biləcəklər. Ona görə də onlar heç yana gedən deyillər. Biz yolu bağlayacağıq və avtobusları buraxmayacağıq”,-o deyib.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistandan olan çağırışçıları daşıyan avtobuslar Gorus-Laçın yolunda Azərbaycan sərhədçiləri tərəfindən saxlanılmışdı. Daha sonra erməni tərəfi Rusiya sülhməramlılarına müraciət edərək avtobusların Qarabağa buraxılmasını təmin etməyi xahiş etmişdi.
Ermənistanın yenidən çağırışçıları və əsgərləri Qarabağa xidmətə göndərməsi bu ölkənin təslim olması ilə nəticələnən müharibənin yekunlarına, habelə 10 noyabr üçtərəfli razılaşmasının məntiqinə tamamilə ziddir. Azərbaycan tərəfi Dağlıq Qarabağdan erməni silahlı birləşmələrinin qalıqlarının Ermənistana geri çəkilməsi və qalanlarının (yerli ermənilərdən ibarət birləşmələr) tərksilah edilməsi tələbəni qoyub. virtualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar