Xəbər lenti
“Onların ərzaqları ilə qidalanırdıq...” - 16 gün döyüş meydanında yaralı qalan qazimiz...
“Döyüşlərə könüllü yollanmışdım, Füzuliyə çatıb gecəni orada qaldıq. Daha sonra silahlandıq, bizi cəbhəyə göndərdilər. Bu döyüşlərdə ordumuz çox güclü rəşadət göstərdi. İnanın, mən orada döyüşən hər bir əsgərimizin, döyüşçümüzün qəhrəmanlığına heyran qaldım. Biz daha da irəli getmək arzusu ilə düşməni məhv edirdik”
Bunu Qarabağ qazisi Fərid Əlirzayev deyib. Suraxanı rayonu, Zığ kəndində doğulan Fərid Aprel döyüşləri iştirakçısıdır. O General-polkovnik Polad Həşimov şəhid olduğu gündən könüllü olaraq yenidən ordu sıralarına yazılıb. Füzuli uğrunda gedən döyüşlərdə ayağından snayper gülləsi yarası alan Fərid 16 gün döyüş meydanında qalıb.
“Bizə komanda gəldi ki, düşmən postunu almalıyıq. Daha sonra getdiyimiz döyüşlərdə snayper gülləsi ilə ayağımdan vuruldum. Sonuncu döyüşümüzdə də axşama kimi döyüşdük, geri çəkilmək mümkünsüz idi, qalxanı snayper vururdu, bir tək yol qalırdı ki, axşama kimi döyüşmək. Mən və bir nəfər əsgər yoldaşım döyüş meydanında qaldıq, çıxa bilmədik. Sürünərək də olsa düşmənin görəcəyi yerdən uzaqlaşdıq. Orda kanalın yanındakı qamışlıqda gizlənmişdik. 16 gün orada qaldığımız müddətdə döyüşdə şəhid verdiyimiz qardaşlarımızın çantasında olan ərzaqlarla, konservalarla qidalanırdıq. 16 gün ərzində biz orada gecələdik, 1 saat o müşahidə aparırdı, 1 saat da mən. 17-ci gündə başqa hərbi hissənin zabitləri öz əsgərlərini axtarmağa gəlmişdilər, bizi tapdılar. Bu gün evdə olmağımın başlıca səbəblərindən biri də həmin zabitlərdir” - deyə döyüşçümüz bildirib.
Qeyd edək ki, Fərid Əlirzayev “Fizulinin azad olunmasına görə” medalı ilə təltif edilib. moderator.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar