Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

"2021-ci il yeni sevinclərin, yeni ümidlərin xəbərçisi olsun!"- Əlhəddin Paşayev

Tarix: 03-01-2021 13:21     Baxış: 31 205 A- / A+
"2021-ci il yeni sevinclərin, yeni ümidlərin xəbərçisi olsun!"- Əlhəddin Paşayev

Kədərimiz, itkilərimiz və acılarımız 2020-də qalsın.
2020-ci il tarixdə Müstəqil Azərbaycan Dövləti və xalqımız üçün Qələbə ili kimi qalacaq. Müzəffər Ordumuz Ermənistanı 44 gün ərzində məğlub edərək öz doğma torpaqlarını işğaldan azad edib. Bir sıra dünya ölkələrinin hərbi ekspertləri bu tarixi qələbənin nəticələrini təhlil etməyə meyillidir. Onlar üçün bu Qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq bir tarix kimi unudulmazdır. Doğrudan da bu, tarixi bir gün kimi xatırlanacaq və xalqımız tərəfindən hər il Zəfər bayramı kimi qeyd ediləcək. Həqiqətən Azərbacanın milli ordusu bu tarixi ədaləti bərpa etməklə, öz tarixi dövlətinin qədim torpağının bütövlüyünü tam təmin etmişdir. Burada ən başlıca səbəb Azərbaycan xalqının sarsılmaz birliyi, Ali Baş Komandanın ətrafında xalqın sıx birləşməsi və Ordumuzun inamı hər şeyi üstələyərək irəliyə doğru addımlaması ıdı. Otuz ilə yaxın müddət ərzində Minsk qrupu çərçivəsində aparılan danışıqların heç bir nəticə vermədiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “2003-cü ildə mən birinci dəfə Azərbaycan Prezidenti seçiləndə bəyan etmişdim ki, mənim üçün Prezident kimi əsas vəzifə torpaqlarımızı işğaldan azad etməkdir. Prezidentlik dövrümün birinci illərində müəyyən ümidlər var idi ki, bu məsələ sülh yolu ilə həll oluna bilər. Çünki hesab edirdim ki, beynəlxalq hüququn norma və prinsipləri gözəl zəmin yaradır, bilirdim ki, tarixi ədalət bizim tərəfimizdədir. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının qətnamələri məsələnin həlli üçün hüquqi əsas yaradırdı. Ancaq illər keçdikcə görürdüm ki, ümidlərimiz azalır və bunun səbəbi Ermənistanın fəaliyyəti idi, siyasəti idi, addımları idi. İllər keçdikcə daha aydın görünürdü ki, Ermənistan bu məsələni həll etmək istəmir. Ermənistan, sadəcə olaraq, bizim torpaqlarımızı işğal altında əbədi saxlamaq istəyir və danışıqlarda iştirak etməklə, sadəcə olaraq, görüntü yaradır ki, elə bil, danışıqlar prosesi gedir və beynəlxalq vasitəçilər də bu prosesdə iştirak edirlər”. Həqiqətən də deyə bilərəm ki, Prezident İlham Əliyevin vurğuladığı kimi Azərbaycanın Milli ordusu çox güclü ordu kimi öz qəhrəmanlıq səhifəsini yazdı və bütün dünyaya sübut etdi. Yeri gəlmişkən onu da qeyd edim ki, döyüşçülərimizin qəhrəman analarınının mərdliyini və mərd anaların vətən üçün böyütdüyü bu qəhrəman şəhid oğulları qarşısında daim baş əyirik. Bu tarixi qələbənin ilk günlərindən daim yanımızda olan sayın Tayyib Ərdoğan, Hulusi Akar və Mövlud Çavuşoğlunun 44 günlük vətən müharibəsində və bu müharibənin zəfərlə başa çatmasında müstəsna xidmətləri olan son dərəcə doğma və qüdrətli isimlərə öz dərin təşəkkür və minnətdarlığımı bildirirəm! Onların həmişə Azərbaycanın yanında olan Türkiyə Milli Sovunma bakanı, milli generalı Hulusi Akardan dəstək hədiyyəsi bütün xalqımız üçün də eyni dərəcədə qiymətli və dəyərlidir. Ürəkdən onlara çox sağ olun deyirik. Ali Baş Komondan qeyd edərək dəfələrlə vurğulamışdırki, İllər keçdikcə danışıqlar prosesinə ümidlər azalırdı: “Mən isə hər zaman deyirdim, son 17 il ərzində demək olar, bütün beynəlxalq tədbirlərdəki çıxışlarımda deyirdim ki, bu məsələnin həlli bizim üçün prioritetdir. Deyirdim ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq. Deyirdim ki, Azərbaycan heç vaxt imkan verməyəcək ki, tarixi, əzəli Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaradılsın. Deyirdim ki, biz heç vaxt qondarma “Dağlıq Qarabağ respublikası”na müstəqillik verməyəcəyik. Heç vaxt orada hər hansı bir səsvermə keçirilməyəcəkdir. Bütün bunları mən deyirdim və bu mövqe getdikcə daha da möhkəmlənirdi. Eyni zamanda, açıq görürdüm ki, əgər biz güclü olmasaq, əgər əlimizdə güc olmasa, bu məsələni həll edə bilmərik”. Beləliklə ordumuzun güclü olması, xalqımızın birliyi, arxa və ön cəphədə eyni inamın bərqərar olması və qardaş xalqların bizə dəstək olmaları bizi bu tarixi qələbənin qazanılmasına çatdırdı. Beləliklə nə qədər kədərimiz, itkilərimiz və acılarımız olsa da qoy bütün pisliklər 2020 - cı ilin hesabına yazılmaqla həmin ildə qalsın. 2021- ci il isə Zəfər qələbəsi ili kimi xatırlansın. Qoy 2021-ci il yeni sevinclərin və yeni ümidlərin xəbərçisi olsun! Qarabağ Azərbaycandır.

Əlhəddin Paşayev,
Pedaqoq-psixoloq, Əmək veteranı

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar