Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Erməni əsirliyindən dönən gizirimiz:“Damağımda 3 saatdan artıq keyidicisiz tikiş apardılar"

Tarix: 03-01-2021 06:04     Baxış: 3222 A- / A+
Erməni əsirliyindən dönən gizirimiz:“Damağımda 3 saatdan artıq keyidicisiz tikiş apardılar"

Erməni əsirliyindən azad edilən hərbi qulluqçumuz Bakıda xəstəxanada müalicə olunduqdan sonra ailəsinə dönüb.

Ö.Əkbərovun valideynləri müharibədə qazanılan qələbə sevincini bizimlə bölüşərək Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Ömərin bacısı Zümrüd Ələkbərovanın sözlərinə görə, qardaşının döyüş bölgəsində, düşmənlə üz-üzə olduğundan xəbərləri olmayıb. Zaman keçdikcə Ömərdən xəbər tuta bilməyən ailəsi narahat olmağa başlayır. O isə ailəsinə yoldaşları vasitəsilə çatdırıb ki, mobil telefonu suya düşdüyündən əlaqə saxlaya bilmir...

Bir müddət sonra düşmən işğalında olan torpaqlarımız azad edilir, lakin hələ də Ömərdən xəbər yoxdu...

Ömərin şəhid olması xəbəri ailəni çox sarsıdır, 21 gün onun nəşini axtarırlar. Məlum olur ki, övladları ölməyib, sağdır, lakin düşmən əsirliyindədir.

Döyüş yoldaşı kapitan Rəvvaq Ramazanov bildirir ki, Ömər sentyabrın 27-də Kəlbəcər istiqamətində, daha sonra isə Füzuli və Xocavənd istiqamətində gedən əməliyyatlarda iştirak edib.

Ömərlə ailəvi dost olduqlarını deyən R.Ramazanov onunla qürur duyduğunu dilə gətirib: “Ömər elə bir hərbi qulluqçudur ki, hətta yaralı halda da verilən tapşırığı yerinə yetirməyə hazırdır. Mən onun cəsarətinə şahidəm”.

Söhbət əsnasında məlum olur ki, Ömər Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Davamlı olaraq 16-17 gün qızğın döyüşlərdə olur. Noyabr 8-də yaralanır, gün yarım yaralı halda düzənlikdə qalır. Yarası ağır olsa da, dözürmüş. Deyir ki, qələbəyə olan inam ağrılarımı mənə unutdururdu. Bir neçə gün sonra əsir düşür.

Gizir Ələkbərov əsirlikdə olduğu günlərdən də bəhs etdi: “Əsirlikdə olduğum zaman ümid edirdim ki, mən gec-tez vətənimə qayıdacağam. Bəli, ümidvar idim ki, Ali Baş Komandanımız əsirlikdə bir nəfər belə hərbçimizin qalmasına razı olmaz və belə də oldu.

Hətta fikirləşirdim ki, ordumuz döyüşə-döyüşə gəlib bizi xilas edəcək. Bir də gördüm deyirlər ki, sizi Azərbaycana göndərirlər”.

Ömərin sözlərinə görə, əsirlikdə olduğu müddətdə Azərbaycanın noyabrın 10-da rəsmi olaraq qələbəyə nail olduğundan xəbəri olmayıb: “Onlardan müharibənin gedişatı barədə soruşanda özlərindən çıxırdılar. Təbii ki, onların reaksiyasından vəziyyətin nə yerdə olduğunu hiss edirdim”.

O, girovluqda olanda işgəncə verildiyini deyir: “İşgəncəsiz bir günümüz yox idi. Gərək, düşmənin qarşısında qürurla durmağı bacarasan. Biz bacardıq... Ayağımdakı yaramın içinə barmaq basıb sümüyü qədər toxunurdular. Çox dözülməz ağrı verirdi, hətta huşumu itirəcək dərəcəyədək. Birdən təpikləyirdilər, böyrəyim, qara ciyərim sıradan çıxsın. Xəstəxanada tibb bacıları şprislə spirti qolumuza vururdular. Deyirdilər ki, biz deyən sözü təkrarla, etmədikdə, təkrar işgəncə başlayırdı. 17 gün belə davam etdi...”.

Gizir Ələkbərov düşmənin bizim dildə - Azərbaycanca danışan zabitindən bəhs edərkən dedi ki, o gələndən sonra işgəncə verməkləri bir qədər səngiyib: “Xəstəxanadan çıxandan sonra bizi türmə kimi yerə gətirdilər. İki nəfər gəlib bizi yenə də döyürdü. Gün ərzində hardasa, 30-40 dəqiqə, bəzən 1 saat döyürdülər. Ən çətin günüm noyabrın 28-dən 29-na keçən gecə oldu. Güllə mənim gözümün altından girib ağzımdan çıxmışdı. Həmin gecə ağzımın içində olan damardan qan açıldı. Həkim 3 saatdan artıq keyidicisiz, “narkoz”suz damağımda tikiş apardı. Onu bura gələndə həkimlər sökdülər”.

35 gündən sonra erməni əsirliyindən azad olan 35 yaşlı hərbçimiz deyir ki, Vətənə ayaq basdıqdan sonra müzəffər ordumuzun zəfər xəbərini eşidib: “Bizi gözü bağlı hava limanına gətirəndə çalışdım ki, gözüm altında ətrafa baxam. Təyyarənin arxa hissəsini gördüm. Vətənə çatanda qələbə qazandığımızı bildim. Əslində mənə elə qələbə sevinci bəs edirdi, öldüm, ya qaldım – önəmli deyildi. Qələbə sevinci elə bir hissdi ki, onu yaşadıqca anlaya bilirsən”. apa

Manevr.az

Erməni əsirliyindən dönən gizirimiz:“Damağımda 3 saatdan artıq keyidicisiz tikiş apardılar"
Erməni əsirliyindən dönən gizirimiz:“Damağımda 3 saatdan artıq keyidicisiz tikiş apardılar"
Erməni əsirliyindən dönən gizirimiz:“Damağımda 3 saatdan artıq keyidicisiz tikiş apardılar"
Erməni əsirliyindən dönən gizirimiz:“Damağımda 3 saatdan artıq keyidicisiz tikiş apardılar"

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar