Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Ərdoğan oyunu dəyişdirdi..." - Fransız nəşrində sensasion məqalə

Tarix: 01-01-2021 16:09     Baxış: 3179 A- / A+
“Ərdoğan oyunu dəyişdirdi..."

Fransanın “L’Opinion” qəzetinin yazarı Jan-Domenik Merşet Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Liviya və Qafqazdakı münaqişələrdə “oyun dəyişdirən lider” adlandırıb.

Merşet 2003-cü ildən bəri ölkəni idarə edən Türkiyə liderinin illərdir məzlumların səsi olduğunu söyləyib.

Onun sözlərinə görə, Türkiyə könüllü şəkildə Avropanın bir üzvü olmaq istəsə də, qitə dövlətləri qapıları onun üzünə bağlayıb. Merşet bunun səbəbini 80 milyon müsəlman əhalisi olan bir dövləti Avropanın öz aralarında görmək istəməməsi ilə əlaqələndirib.

Fransız yazar qeyd edir:

“Avropa Birliyi qapılarını bağlasa da, Türkiyə öz bölgəsinə Yaxın Şərq və Asiyaya yelkən açdı. Fransızları şok etsə də, Türkiyənin Afrikadakı varlığı və Türk Hava Yollarının ən çox uçuş həyata keçirdiyi bölgənin bura olması ilə razılaşmalıdır. Qərb dünyadakı hegemonluğunu itirdi. Afrikada son zamanlarda Türkiyədən başqa, Çin, Rusiya, hətta İsrail də özünü göstərməyə başlayıb”.

Merest vurğulayır ki, son zamanlarda iqtisadi problemləri olsa da, Türkiyə hərbi texnologiyasını inkişaf etdirir:

“Türkiyə hərbi əməliyyatlarda böyük uğurlar qaznan pilotsuz uçan aparatlar (PUA) sayəsində digər ölkələrlə münasibətlərini inkişaf etdirir.

Bu gün Ərdoğanın ortaya qoya biləcəyi güclü və aktiv ordusu var. Türkiyə Liviya, Suriya və Qafqazda öz ağırlığını hiss etdirən bir mövqedədir, həmin və digər bölgələrdə güclü bir oyunçu kimi mövcuddur. Ərdoğan göstərdiyi strateji cəsarət və həyata keçirdiyi əməliyyatlar sayəsində önə çıxdı. Onun müdaxilələri Liviya və Qafqazdakı oyunları dəyişdirdi, hərbi qüvvələri hələ də Suriyadadır. Türkiyə müttəfiqi Rusiyanın dəstəyi ilə bölgədə gedən proseslərdə kilid rolunu oynayır”.

Fransız yazar Ərdoğanın Türkiyə daxilindəki reytinqinin də yüksək olduğunu, cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəkləndiyini bildirib.

Meşet Mustafa Kamal Atatürkdən bəri heç bir türk liderinin Ərdoğan qədər ölkəni bu qədər gücləndirə bilmədiyini yazır. teleqraf

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar