Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bülbüloğlu rus jurnalistin Qarabağla bağlı səhvini belə düzəltdi

Tarix: 30-12-2020 16:03     Baxış: 4192 A- / A+
Bülbüloğlu rus jurnalistin Qarabağla bağlı səhvini belə düzəltdi


“Sülhməramlı” adının 30 ilə yaxın silahlı münaqişələrə səhnə olan bölgəyə yerləşdirilən qoşunlara bəzi öhdəliklər yüklədiyini düşünürəm.

Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “Sputnik”ə müsahibəsində deyib.

O bildirib ki, rus sülhməramlıların vəzifəsi sülhü və sabitliyi təmin etməkdir. Bundan başqa, humanitar məsələlər və əsirlərin dəyişdirilməsi prosesində də iştirak edir.

Onun sözlərinə görə, Qarabağda, ümumilikdə, atəşkəsə riayət olunsa da, intiqam alovu ilə yanan bəzi qruplar sabitliyi pozur. Lakin Azərbaycan Ordusunun əzmkarlığı və nəzarəti altında sülhməramlıların aktiv iştirakı ilə bu qruplar zərərsizləşdirilir.

P.Bülbüloğlu vurğulayıb ki, bölgədə yeni fürsətlər pəncərəsi açılıb və təqdim edilən iqtisadi, nəqliyyat imkanlarının alternativi yoxdur.

Jurnalistin “10 noyabr razılaşmasına əsasən, Azərbaycanın nəzarətinə keçən torpaqlarda infrastruktur işləri necə gedir” sualına səfir müdaxilə edib: “Buna “nəzarətinə keçən” yox, “nəzarətinə qayıdan” deməliyik”./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar