Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Beynəlxalq Muğam Mərkəzi “Xudayar təsnifi”nin yeni versiyasını təqdim etdi VİDEO

Tarix: 28-12-2020 15:10     Baxış: 4227 A- / A+
Beynəlxalq Muğam Mərkəzi “Xudayar təsnifi”nin yeni versiyasını təqdim etdi VİDEO


Azərbaycanın əzəli torpağı olan Qarabağ uğrunda, Vətən müharibəsində şəhid olan gizir Xudayar Yusifzadənin ifasında ikinci həyat qazanmış “Vətən yaxşıdır” təsnifini Beynəlxalq Muğam Mərkəzi (BMM) solistlərinin ifasında yeni təqdimatda muğamsevərlərə təqdim edib.

Muğam Mərkəzindən bildirilib ki, gənc xanəndələr Kamilə Nəbiyeva, Almaxanım Əhmədli və İlkin Əhmədovun Xudayarın ifası ilə virtual duet şəklində oxunan təsnifə yeni sözlər də yazılaraq əlavə edilib. İfaçıları Rəşad İbrahimov (tar), Ceyhun Muradov (kamança) və Amil Musatafayev (nağara) müşayiət edib.

“Vətən yaxşıdır” təsnifinin musiqisi Əlibaba Məmmədova, sözləri Əliağa Vahidə aiddir. Təsnif Əlibaba Məmmədovun xeyir-duası ilə “Xudayar təsnifi” adlanıb. BMM-in layihəsi üçün təsnifə əlavə mətni şair, professor Vüqar Əhməd yazıb.

Qeyd edək ki, təsnifin audiovizual variantı ilk dəfə Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində radiodalğalarda və sosial şəbəkələrdə səslənəcək.

Yeni ilin əvvəlində BMM TV studiyası təsnifin videoklipini də ictimaiyyətə təqdim edəcək.

BMM yeni layihəsini Xudayar Yusifzadənin timsalında doğma torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin xatirəsinə həsr edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar