Xəbər lenti
Xocalı qatili Balasanyan: “Artsax rəhbərliyi işğal olunmuş əraziləri geri qaytarmaq niyyətindədir”
Bu gün Xocalı qatili, cinayətkar Araik rejiminin təhlükəsizlik şurasının katibi, general Vitali Balasanyanın Ermənistan İctimai televiziyasına müsahibəsindən bəzi fraqmentlər təqdim olunub.
Qatil generalın tam müsahibəsi 28 dekabrda nümayiş etdiriləcək. Bu gün yayımlanan hissədə Balasanyan Dağlıq Qarabağın ərazi bütövlüyünü təmin edəcəklərini deyib:
”Xalqımızı əmin etmək istəyirəm ki, sərhədlər dəqiqləşdiriləcək, Artsaxın statusu müəyyən olunacaq və Əsgəran, Hadrut rayonları və digər ərazilər Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında qalmayacaq. Biz bu əraziləri qaytaracağıq. Xalqımızı bu işi görəcəyimizə inandırmaq istəyirəm. Əlbəttə ki, hərbi əməliyyatlar zamanı qələbələr və məğlubiyyətlər olur. Biz uduzmamışıq, diz çökməmişik. Azərbaycan indi hansı vəziyyətdədir və hansı vəziyyətdə olacağını indidən demək istəmirəm, biz ki, öz tərəfimizdən bunu müşahidə edirik”.
Məğlub erməni generalının təsəlli xatirinə, təbliğat baxımından çıxış etdiyi aydın məsələdir. Amma, burda bəzi məqamlardan, xüsusilə statusdan, erməni tərəfin tez-tez danışmasına səbəb bizim heç bir rəsmi reaksiyanın indiyədək olmaması ilə bağlıdır. Ermənini ürəkləndirən Rusiya Silahlı Qüvvələrinin Qarabağda cinayətkar rejimlə dostluq münasibətləri və Qarabağda baş verən anti Azərbaycan hərəkət və hadislərə bizim rəsmi və ciddi reaksiyanın olmaması ilə bağlıdır. Güman edirik ki, cinayətkar generalın cavabı uyğun strukturlar tərəfindən veriləcək. moderator
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar