Sizin Reklam Burada
Xəbər lenti
31-08-2026
30-08-2026
BÜTÜN XƏBƏRLƏR

Sülhə dəvət elədik, güldü bizə düşmənimiz! - etdi azğın bizə rişxənd ilə eyham, atacan!

Tarix: 26-12-2020 10:48     Baxış: 3206 A- / A+
Sülhə dəvət elədik, güldü bizə düşmənimiz! - etdi azğın bizə rişxənd ilə eyham, atacan!
Əli ƏLƏMİ

ATACAN

Çökdürüb düşməni, əzdik, elədik ram, atacan!
Qalmadıq, gözlərin aydın, daha nakam, atacan!

Sülhə dəvət elədik, güldü bizə düşmənimiz!
Etdi azğın bizə rişxənd ilə eyham, atacan!

İncidirdi, bilirəm ki, o, sənin ruhunu da,
Sonadək mən belə mənfur ilə varam, atacan!

Xalqımız, ordumuz, and içdi, səfərbər oldu,
Rəhbəri qalib edir eşq ilə inam, atacan!

Unudaq dərdi, bizim xalqa sevinmək yaraşır,
Xalqa ömrüm boyu etməkdəyəm, ikram, atacan!

Türkiyəm, Azəribaycanım hələ şənlik edir,
Daha Turana yayılmaqdadı bayram, atacan!

İki qardaş - bir ürək, vəcdə gəlib nəğmə dedik,
Belə çin oldu otuz ildəki röyam, atacan!

Ələmi alqış edib, yazdı fərəhlə, bu sözü:
Sənə rəhmət oxudur, övladın İlham, atacan!

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar