Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qarabağda oğlunu itirən erməni Arutyunyanı və Paşinyanı məhkəməyə verir

Tarix: 25-12-2020 22:10     Baxış: 3137 A- / A+
Qarabağda oğlunu itirən erməni Arutyunyanı və Paşinyanı məhkəməyə verir

Oktyabrın 19-da Qarabağda gedən döyüşlərdə öldürülən Ermənistan ordusunun əsgəri Aren Mirzoyanın atası oğlunun ölümündə günahkar olanların mühakimə olunması iddiası ilə məhkəməyə müraciət edəcəyini bildirib.

Bu barədə Ermənistanın panorama.am saytı məlumat yayıb.

Ordumuz tərəfindən məhv edilmiş erməni əsgərin atası bildirib ki, Ermənistan ordusunda hər şey çox bərbad və fərasətsiz şəkildə təşkil olunub.

“Hər gün məni qəzəbləndirən və dəhşətə gətirən yeni hallar üzə çıxır, daxilim qəzəblə doludur”, - deyə oğlunu itirən valideyn qeyd edib.

Oğlunu itirən Ermənistan vətəndaşı Araik Arutyunyanı və Nikol Paşinyanı özlərini təsdiq edə bilməyən bacarıqsız insanlar adlandırıb.

“Mən hadisələrin mərkəzində idim, bədbəxtliyimiz o dərəcəyə çatdı ki, heç nəyi düzgün icra edə bilmədilər. Bütün bunların nəticəsində ən qiymətli şeyimi itirdim, onları məhkəməyə verəcəyəm”, əsgərin atası qeyd edib.

Oğlunu itirmiş erməni əlavə edib ki, Ermənistan ordusunda “fantastik” özbaşınalıq hökm sürüb və onun ölkəsi bu vəziyyətdə qalib gələ bilməzdi. amia.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar