Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan İlahiyyat İnstitutunda “Gözəl Quran oxuma” müsabiqəsi keçirilib -ŞƏKİLLƏR

Tarix: 25-12-2020 20:18     Baxış: 3202 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunda “Gözəl Quran oxuma” müsabiqəsi keçirilib

Manevr.az-a verilən məlumata görə, Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ənənəvi olaraq hər il keçirilən “Gözəl Quran oxuma” müsabiqəsi onlayn olaraq baş tutub.

Müsabiqədə Aİİ-nin İlahiyyat fakültəsinin tələbələri iştirak ediblər. İlahiyyat İnstitutunun prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov, İlahiyyat fakültəsinin dekan müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Kövsər Tağıyev və İslamşünaslıq kafedrasının müəllimi Faiq Əhmədzadə münsiflər heyətində təmsil olunublar.
Azərbaycan İlahiyyat İnstitutunda “Gözəl Quran oxuma” müsabiqəsi keçirilib

Aİİ rektoru Aqil Şirinov açılış nitqi ilə çıxış edərək, bu gün oxunan Qurani-Kərim ayələrinin Vətən müharibəsində öz canlarını fəda etmiş şəhidlərimizin ruhuna ithaf olunduğunu vurğulayıb. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib.

Müsabiqənin əhəmiyyətini vurğulayan A.Şirinov qeyd edib ki, Qurani-Kərimi gözəl oxumaqla yanaşı, həm də mənasını anlamaq vacibdir.

Rektor ali təhsil müəssisəsində mütəmadi olaraq istedadlı və bacarıqlı tələbələrin üzə çıxarılması istiqamətində müxtəlif müsabiqələrin davamlı olaraq həyata keçiriləcəyini nəzərə çatdırıb. A.Şirinov müsabiqədə iştirak edən tələbələrə uğurlar arzu edib.

Sonra Aİİ-nin elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru Mirniyaz Mürsəlov gənclərə tövsiyələrini verib, həmçinin müsabiqənin şərtləri haqqında ətraflı bəhs edib. Belə müsabiqələrin tələbələrə təcrübə qazandırdığını, inkişafına imkan verdiyini bildirib.

Tələbələr tərəfindən maraqla qarşılanan müsabiqədə qaliblər münsiflər heyətinin qiymətləndirməsi əsasında müəyyənləşib. Beləliklə, “Gözəl Quran oxuma” müsabiqəsində ikinci kurs tələbəsi Murad Kərəmov birinci yerə, ikinci kurs tələbəsi Qardaşov Ramazan ikinci yerə, birinci kurs tələbəsi Əliyev Kənan üçüncü yerə layiq görülüblər.

Müsabiqənin qalibləri mükafatlandırılıb və iştirakçılara təşəkkürnamələr təqdim edilib.

Manevr.az

Xəbəri paylaş

Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə

Çox oxunanlar

Son yüklənənlər

Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Portalımızı dəyərləndirin.

Çox oxunanlar