Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Markov:“İlham Əliyev Qarabağın erməni əhalisi üçün hər cür şərait yaradacaq”

Tarix: 24-12-2020 18:11     Baxış: 3165 A- / A+
Markov:“İlham Əliyev Qarabağın erməni əhalisi üçün hər cür şərait yaradacaq”

Rusiyalı politoloqlar hesab edirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev uzun illər ərzində ölkə iqtisadiyyatını inkişaf etdirib, multikulturalizm siyasətini uğurla həyata keçirib.

“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, rusiyalı politoloq, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov hesab edir ki, Əliyev bir neçə əsas vəzifəni yerinə yetirdikdən sonra Milli Qəhrəman ola bilib. Bu vəzifələrdən biri də ölkədə siyasi sabitliyin təmin edilməsi olub.

“Bu məsələ onun dövlət xadiminə xas güclü iradəsi sayəsində müvəffəqiyyətlə həll olundu. Bu da öz növbəsində, növbəti məsələnin - Azərbaycanın güclü iqtisadiyyatının, ölkənin daimi iqtisadi inkişafının təmin edilməsi və güclü dövlət institutlarının yaradılması üçün əlverişli şəraitin yaradılmasına imkan verib. Əliyevin neft-qaz ehtiyatları sahəsində yürütdüyü siyasət sayəsində neft-qaz sektorundan əldə olunan böyük həcmdə gəlirlər Azərbaycanın büdcəsinə daxil olub, vacib layihələrin inkişafına, bir sözlə, bütün ölkənin rifahına yönəldilib”, - deyə o, bu gün “İlham Əliyev və onun müasir Azərbaycanın inkişafına və qələbəsinə töhfəsi” mövzusunda keçirilən Azərbaycan-Rusiya konfransında bildirib.

Ekspert hesab edir ki, bütün bunların əsasında Azərbaycanın güclü ordusu qurulub.

“Azərbaycan Ordusu ən yeni silahlarla təchiz edilmişdi, ordunun bir neçə mənbədən yenidən silahlandırılması məsələsini həll etməyə müvəffəq olundu. Azərbaycan Ordusunun silah bazasını Rusiyanın hərbi texnikası təşkil edib.

Məhz Rusiya ilə əla münasibətlər ən yeni Rusiya texnikasının müntəzəm axınını təmin etməyə imkan verib. Rusiya texnikasından başqa, dünya bazarında digər mühüm resurslar, xüsusilə Türkiyədən zərbə pilotsuz uçuş aparatları və İsraildən kəşfiyyat pilotsuz uçuş aparatları alınıb. Hərbi əməliyyatlar zamanı zərbə pilotsuz uçuş aparatlarının rolu böyük olub”, - deyə Markov vurğulayıb.

Bundan başqa, politoloqun sözlərinə görə, Əliyev diplomata xas olan keyfiyyətlərini də yüksək səviyyədə nümayiş etdirib.

“O, bir neçə vacib diplomatik məsələni həll edə bilib: ilk növbədə, Rusiya ilə yaxşı tərəfdaşlıq münasibətləri Moskvanın neytrallığını təmin edib. Rusiyanın daxilindəki erməni lobbisi ictimai rəyə çox böyük, çox sərt təzyiq göstərərək, ölkənin münaqişəyə müdaxilə etməsini tələb edirdi ki, bu da rezonans doğurdu”, - deyə Markov qeyd edib.

Politoloqun fikrincə, Azərbaycan Prezidentinin həll etdiyi daha bir məsələ də hərbi əməliyyatlara müdaxilə etməyən, yalnız hərbi texnika tədarük edən Türkiyə ilə müttəfiqlik münasibətlərinin təmin olunmasıdır. “Ən başlıcası, Türkiyə Azərbaycana siyasi dəstək verdi”, - deyə o qeyd edib.

Markov bildirib ki, Prezident Əliyevin böyük xidmətlərindən biri də budur ki, o, uzun illər ərzində multikulturalizm siyasətini təşviq edib, bu isə Qarabağın erməni əhalisi üçün Azərbaycan dövlətinin tamhüquqlu vətəndaşları kimi hər cür şərait yaradacaq.

“Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri İrek Zinnurov isə öz növbəsində, ikitərəfli münasibətlərin inkişafı üçün maksimum səy göstərəcəyini bildirib.

“İlham Əliyev sosial və iqtisadi sahədə əldə etdiyi nailiyyətlərlə haqlı olaraq fəxr edən Azərbaycanın dinamik və müasir dövlət kimi inkişafı üçün çox işlər görən milli liderdir. Bu gün Azərbaycan beynəlxalq aləmdə layiqli nüfuza malikdir. Məlum olduğu kimi, Rusiya tərəfinin təbriklərində İlham Əliyevin Azərbaycan ilə Rusiya arasında çoxsaylı işgüzar tərəfdaşlıq əlaqələrinin inkişafına göstərdiyi dəstəyə və verdiyi əvəzsiz şəxsi töhfəyə görə minnətdarlıq sözləri səsləndirilir”, - deyə Zinnurov vurğulayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar