Xəbər lenti
“Hərbçilər, müəllimlər və həkimlər yüksək maaş almalıdır” - Deputat
Milli Məclis bu gün 2021-ci il üçün dövlət büdcəsi layihəsi ətrafında müzakirələri nahardan sonra da davam etdirir.
Manevr.az xəbər verir ki, müzakirələrdə əsasən deputatlar çıxış edərək büdcə layihəsinə dair təkliflərini irəli sürürlər.
Deputat Aydın Mirzəzadə qeyd edib ki, büdcə layihəsi yüksək səviyyədə hazırlanıb.
O vurğulayıb ki, Xankəndi şəhərinin hüququ statusu müəyyən edilməli, habelə nazirliklər bu şəhərdə yerli strukturlarını açmalıdır.
Deputat bildirib ki, növbəti bir neçə ildə hərbi sahəyə ayrılan vəsait yüksək səviyyədə olmalıdır: “Azərbaycanda hərbçi, müəllim və həkimlər yüksək maaş almalıdır. Dünən elan edildi ki, səfərbərliyə çağırılan şəxslər 400 manat maaş alacaq. Bu, müsbət haldır”.
Aydın Mirzəzadə həmçinin bankların kredit faizlərinin aşağı salınmasını təklif edib: “Hökumət üzvlərindən xahiş edirəm ki, bank fazilərinin aşağı salınması məsələsini götür-qoy etsinlər. Bu, banklar üçün də xeyirlidir”.
Millət vəkili sonda qeyd edib ki, deputat seçildiyi Mingəçevir şəhəri SSRİ zamanı aparıcı sənaye şəhəri olub: “Müstəqillik illərində investisiya və müasir avadanlıqların olmaması səbəbindən bir çox müəssisələrin fəaliyyəti dayandı. Mən demirəm ki, hökmən bu şəhərdə böyük müəssisələr açılsın. Amma Mingəçeviri aqrar şəhərə çevirməyə imkan vermək olmaz. Məsələn, Mingəçevirdə turist bazaları açıla bilər. Eləcə də bu şəhərə universitet köçürülə bilər. Mingəçevirdə hərbi lisey açmaq da mümkündür. Bu təkliflərin hökumətin diqqətə almasını xahiş edirəm”.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar