Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qardaşım Afiq Murov döyüşlərində -ŞƏKİLLƏR

Tarix: 22-12-2020 18:34     Baxış: 3542 A- / A+
Qardaşım Afiq Murov döyüşlərində

Doğmaca qardaşım və Vətən müharibəsi!


Bu, müharibə idi... Hər şey ola bilərdi... Amma şükürlər olsun ki, döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərmiş qardaşımdan belə bir yazı yazmağı tanrı mənə qismət elədi.

Qalib bir ölkənin yazarı kimi, qələbəmizdə misilsiz xidmətləri olan qardaşımdan söz açmağın qüruru izah olunmaz hissdir. Yadına düşəndə ki, bu fəxarətli anları yaşayana qədər hansı sarsıntıları keçirmisən, hansı təlaşları yaşamısan o zaman qələbəmizin necə əvəzedilməz bir nemət olduğunu anlayırsan. Yaşadığın bütün gərginliklərə baxmayaraq vətənimizin zəfər qazanmasında sənin də doğma(lar)ının olması gerçəkliyi insana xüsusi zövq verir.

Bəzən deyirlər ee, bizim ELƏ oğullarımız var ki... Bəli, məhz ELƏ oğullarımız. Bu ELƏnin ehtiva etdiyi mənaları xırdalamaq fikrim yoxdur. Amma duyanda ki, məhz ELƏ oğullardan biri də sənin doğmandır, həyat gözündə tamam başqa məna daşıyır.

Və elə oğullarımızdan birini odun-alovun içinə göndərirsən. Qardaşım 27 sentyabr tarixində özünü yetirən müharibənin ilk günündən Murovda topda hesablayıcı kimi döyüşlərin tam mərkəzində olub. Döyüşlər yeni başlayan vaxtlar idi. İlk dəfə yanlarında döyüş yoldaşı yaralanır. Hər kəs bunun sarsıntısını çox ağır yaşayır. Qardaşım isə xüsusi cəsarət göstərərək həmin yaralını xilas edib, yarasına ilkin tibbi yardım edənlərdən olur. Beləcə, artıq müharibənin hər üzünü görməyə başlayırlar.

Dörd oktyabr tarixində döyüşlərin ən qızğın çağında batareyaların bitməsinə görə qarşıdakı hərbiçilərimizlə rabitə əlaqəsi kəsilir. Vəziyyət çox çətin olduğundan komandir hər kəsə olduğu mövqeni tərk etməməyi əmr edir. Qardaşım isə bu əmrə rəğmən başından mərmi yağa-yağa rabitənin sönmüş batareyasını yenisi ilə əvəzləməyə gedir və rabitə əlaqəsini bərpa edir. Onu həmin durumda sadəcə tanrısal möcüzə sağ saxlayır. Onun bu cəsarətindən sonra digər döyüşçülərimizlə rabitə bərpa olunur və hərbiçilərimiz böyük bir təhlükədən xilas olurlar.

Ən həyəcanlı anlardan birinin tarixçəsi: Bizim düşmən tərəfə keçən kəşviyyatçılarımızın mühasirəyə düşməsi xəbərini alırlar. Qardaşımın da daxil olduğu hesablayıcı komandanın dəqiq hesablaması əsasında düşmənə atılan atəş nəticəsində kəşviyyatçılarımız xilas edilir. İndi ikicə cümlə ilə nəql edilən o anların gerçəklikləri əsl ölüm-dirim mübarizəsi olub.

Hələ ki, müharibə vaxtı yaşanmış hadisələrdən bunları öyrənə bilmişəm. Bu cür təhlükəli vəziyyətlərdən çıxmış qardaşımın, nə yaxşı ki, tabeçiliyində olan bütün əsgərləri sağ-salamatdır.

Və müharibənin ən tükürpədici diqtəsi... Bir bacı olaraq həmin gerçəklikləri dilimə gətirməyə cəsarətim çatmır. Söhbət bütün döyüşçülərimiz kimi, qardaşımın da öz döyüş yoldaşlarına, əgər... Cibində gəzdirdiyi bayrağı böyük oğlu Mətinə, saatını isə kiçik oğlu Məftuna çatdırmağı xahiş edir. Tanrıya şükürlər olsun ki, indi onun balaları qalib Azərbaycan döyüşçüsünün nəfəsini duyurlar.

Onun xarakterinə bələd olduğumuz üçün çox narahat idik. Özünü hər cür təhlükəyə atmağa hazır olan xasiyyətinə görə telefonla danışmaq imkanımız yarananda həmişə ondan ehtiyatlı və diqqətli olmağı xahiş edirdim.

İki qardaşımdan böyüyü olan Qasımov Afiq Vaqif oğlu 14 fevral 1988-ci ildə Tovuz rayonunun Dondarquşçu kəndində doğulub və Dondarquşçu kənd məktəbində oxuyub. 2006-2007-ci illərdə Naxçıvanda ilyarımlıq əsgərlik xidməti keçib. Qardaşım hələ uşaqlıqdan hərbiçi olmaq arzusunda idi. Tale isə onu vətənin işğal altındakı torpaqlarını azad edən döyüşçülərimizdən biri etdi.

Afiq 9 iyul 2014-cü ildən manqa komandiri kimi işə başlayır və 28 may 2015-ci ildə kiçik çavuş rütbəsi alır. Uğurlarının davamı olaraq 2 yanvar 2016-cı ildə çavuş rütbəsinə yiyələnir. Aprel döyüşləri vaxtı da günlərlə gərgin iş rejimində xidmət edənlərdən olub.

28 fevral 2020-ci ildən Divizion İdarəetmə tağımının hesablayıcı manqa komandiri/baş operator vəzifəsini icra edir. 2020-ci ilin iyul ayında Tovuz

döyüşlərində də topda əsas hesablayıcılardan biri olub. Şəhid generalımız, Milli Qəhrəman Polad Həşimovu sonuncu görən hərbiçilərimizdəndir.

Həmin döyüşlərdən sonra özü könüllü olaraq Murovda xüsusi hazırlıq işləri aparan dəstənin tərkibində ora gəlmişdi. Müharibəyə qədər Murovun sirlərinə bələd olmağa can atırdı. Ən əsası odur ki, müharibə başlayandan bütün xalqımızın ən böyük duasına çevrilən “döyüşçülərimiz sağ-salamat, qələbə ilə qayıtsın”- alqışı tanrı dərgahında qəbul olundu.

Gülnar Səma

Manevr.az

Qardaşım Afiq Murov döyüşlərində
Qardaşım Afiq Murov döyüşlərində
Qardaşım Afiq Murov döyüşlərində
Qardaşım Afiq Murov döyüşlərində

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar