Xəbər lenti
İslam fəlsəfəsi kitabı nəşr olunub -ŞƏKİL
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarlı və Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinovun həmmmüəllifi olduqları “İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr) adlı kitab nəşr olunub.
On fəsildən ibarət olan “İslam fəlsəfəsi (orta əsrlər – müasir dövr) kitabı İslam fəlsəfəsinin əsas nümayəndələrini və problemlərini ətraflı şəkildə müzakirə obyektinə çevirən bir əsərdir. Kitabda İslam dünyasındakı fəlsəfi düşüncə fəaliyyətinin əsas istiqamətləri, problemləri və nümayəndələri oxucuya təqdim olunur. Əsərdə, həmçinin İslam fəlsəfəsinin mahiyyəti, onun İslam mədəniyyəti və düşüncəsindəki yeri, əhəmiyyəti və bu fəlsəfənin əsasını təşkil edən təməl mənbələr haqqında mühüm məlumatlar əldə etmək mümkündür. Kitab Fəlsəfə təsəvvürü və İslam fəlsəfəsi termini, İslam fəlsəfəsindən əvvəlki dövr: Yunan fəlsəfəsi, İslam dünyasında fəlsəfi məktəblərin təşəkkülü, İslam fəlsəfəsində azərbaycanlı filosofların yeri, XVIII-XX əsrlər modern İslam düşüncəsi və digər bölmələrdən ibarətdir.
Qeyd edək ki, kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Könül Bünyadzadə, elmi rəyçiləri – AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə və fəlsəfə üzrə fəsəfə doktoru, dosent Zeynəddin Şabanovdur.
Məlumat üçün bildirək ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə İnstitut müəllimlərinin və bu sahədə çalışan mütəxəssislərin kitablarının nəşri daxildir. Eyni zamanda, ali təhsil müəssisəsinin qarşısına qoyduğu məqsədlərdən biri də ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar